“Ustad”ın yubiley sayı

 

 

 “Hədəf Nəşrləri”nin rüblük ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 40-cı – yubiley sayı işıq üzü görüb.

Nəşriyyatdan Edebiyyatqazeti.az-a verilən xəbərə görə, dərgi bir qayda olaraq baş redaktor Şəmil Sadiqin yazısı ilə başlayır. “Ustad”ın çilləsi çıxdı” yazısında baş redaktor dərginin keçdiyi yola nəzər salır.

Ardınca yazıçı, tərcüməçi Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikasında “Ədəbiyyatda psixologizm”dən danışır.

“Yubiley” rubrikasında ədəbiyyatşünas Nərgiz Cabbarlı “Ustad”la işbirliyindən, dərginin inkişaf mərhələrindən söz açır.

Şair Emin Piri “Müharibə gündəliyi” rubrikasında “Laçın vaxtlarımız”dan yazır.

Şair Ramil Əhməd “Hədəfdəkilər” rubrikasında Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” memuarından söz açır. Eyni rubrika altında Aybəniz Həsənova isə “Modiano qadınlar barədə necə roman yazıb?” sualına aydınlıq gətirir.

Jurnalist Nuranə Abbasova “Kinopasport”da “Yorulmuş atları güllələyirlər” filmi barədə maraqlı faktları təqdim edir.

“KainART” rubrikasında Sergey Kuriy “Həndəsə incəsənətə çevrilə bilərmi?” sualına cavab axtarır.

Yazıçı Azər Qismət “Skene” rubrikası altında “Yapon incəsətində fərqlilikləri” araşdırır.

“Kitab rəfi” rubrikasında Səbinə Xaniyeva “Koramal”dan söz açır.

Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında qraffitlərin psixologiyasına nəzər salır.

Yazıçı Xəyalə Murad “Bestseller” rubrikasında “Beatriks Potter və onun rəngli dünyası”ndan danışır.

Dərgi həmişəki kimi Mirzə Bartlbinin “Sözbaz“ rubrikası ilə qapanır. Barlbi bu dəfə Aminin “Azel” romanını tənqid edir.

Jurnalda “Ustad”ın redaksiyasından reportaj, incəsənət adamları və ictimai-siyasi xadimlərin təbrikləri də yer alır.

Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!