TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir

 

 

TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 30-cu ildönümü münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi eləan edir. Müsabiqədə 18 yaşından yuxarı şairlər, söz yazarları iştirak edə bilərlər. Sizi müsabiqədə iştiraka dəvət edirik!

 

Tövsiyələr və nəzərə alınmalı məqamlar:


-Himnin sözləri üçün nəzərdə tutulmuş şeir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un missiyası və məqsədləri ilə uyğun olmalıdır;
- Təşkilatın üzvü olan ölkələrin, bütövlükdə türk dövlətlərinin, topluluqlarının tarixi, yaradıcı, sosial-mədəni elementlərini ifadə etməli, türkcə danışan ölkələr arasında qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edən və türk dövlətlərinin ilk mədəni əməkdaşlıq təşkilatının 30 illik təcrübəsinə və fəlsəfəsinə uyğun olmalıdır; eyni zamanda türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edən bədii körpü olmalıdır;

-Şeirlər Azərbaycan dilində yazılmalıdır;
- Şeirlər insan haqqları, insan ləyaqəti və mənəviyyatının əleyhinə olmamalı, siyasi məzmun daşımamalıdır;

- Şeirlər hər biri 4 misralıq 4 bənddən və nəqəratdan ibarət; qafiyəli;, himn, marş ovqatına və prinsiplərinə müvafiq olmalıdır;

       - Şeirlər yalnız müsabiqə münasibətilə yazılmış olmalı, daha əvvəl heç bir yerdə nəşr olunmamalı,  heç bir müsabiqədə iştirak etməməli, səslənmiş olmamalıdır.

    -Müraciətlər fərdi qaydada olmalı, şeirin mətni (müəllifin, inisialları göstərilmədən), mətnin yuxarısında müəllifin rəmzi və ya şərti adı göstərilərək ayrı faylda (ya jpg (şəkil), yaxud Word formatında) göndərilməlidir;

-Eyni zamanda, ayrı Word faylında müəllifin adı, soyadı, bioqrafiyası, ev ünvanı, telefonları və elektron poçtu göstərilərək göndərilməlidir.

       - Mətnlər 2023-cü il martın 10-dan-20-ə qədər aşağıdakı poçt ünvanına göndərilməlidir:

 

         [email protected]

 

       Yazışmalara cavab verilmir, mətni seçilmiş müəlliflə (yaxud müəlliflərlə) müsabiqənin nəticəsindən asılı olaraq əlaqə saxlanacaq. Qalib üçün mükafat nəzərdə tutulub. TÜRKSOY tərəfindən seçilən son mətnə tanınmış bəstəkar musiqi bəstələyəcəkdir.


     AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!