Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı çap olunub

 

Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb.

Kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər", "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və "Sınaqlar" adlı silsilə hekayələri daxil edilib.

Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.

 "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!