Ramil Əhməd beynəlxalq mükafata layiq görüldü

 

TÜRKSOY və Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin doğumunun 200 illiyi münasibətilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar.

Bu barədə məlumat verən Ramil Əhməd bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.

Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!