Böyük alman alimi Hans Peter Ahmet Şmide və onun Heydər Əliyev uğrunda mücadiləsi - Azər TURAN

Azər TURAN

 

 

Bakı Dövlət Universitetinin Fəxri Doktorları siyahısında Hans Şmidenin adı yoxdur. 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunması səbəbilə bu məsələyə diqqəti cəlb etmək istədim. Alman şərqşünas, vəkil, tərcüməçi Prusya əslli Hans Peter Şmide (19 yaşında müsəlmanlığı qəbul etdiyinə görə özünə Əhməd Şmide adını götürmüşdü) Azərbaycanın dostu idi. Uzun illər Azərbaycanın nəinki Almaniya ilə, eləcə də Türkiyə ilə mədəni bağlantılarının qurulmasında ən mühüm işləri görmüşdü. Ömrünü Azərbaycan mədəniyyətinin Almaniya və Türkiyədə daha dərindən tanınmasına həsr etmiş Şmide, az qala, böyük sələfi Henrix Fridrix fon Dits kimi türkləşmiş bir alman idi. Alman şərqşünaslığının ən parlaq isimlərindən Annemarie Şimmelin də ayrıca dəyər verdiyi böyük bir türkoloq-şərqşünas idi. Bəxtiyar Vahabzadə ilə dostluq edirdi. Sovetlər dönəmində on dəfə Bakıda olmuş, milli mücadilənin körüklənməsində müstəsna xidmətlər göstərmişdi. 1975-ci ildən başlayaraq, "Dədə Qorqud" boylarını, Azərbaycan nağıllarını alman dilinə çevirmiş və onları Qərbi Berlində, Ankarada nəfis şəkildə nəşr etdirmişdi. Vaqifin, Aşıq Ələsgərin Türkiyədə tanıdılmasında böyük işlər görmüşdü. XV yüzilə aid "Oğuznamə"nin fotosurətini Berlin Dövlət Kitabxanasından Bakıya göndərmişdi, Azərbaycanca Azərbaycan alimlərindən, Türkiyə türkcəsində türk alimlərindən daha üstün bir yazı üslubuna malik, yuxularını belə türk dilində görən alman, Almaniyada uzun illər Azərbaycanın tək dostu, Türkiyənin təəssübünü çəkən yeganə qərbli intellektual.

Bəs onun Heydər Əliyevlə bağlı anılmasına diqqəti cəlb etməyimin səbəbi nədir?

Şmide həm də Heydər Əliyev uğrunda mübarizlərdən biriydi, xüsusən, 1993-cü ildə Türkiyənin milliyyətçi kəsimi arasında Heydər Əliyev şəxsiyyətinin daha dərindən tanınmasında onun təbliğlərinin, haqlı təpkisinin böyük rolu olmuşdu. Heydər Əliyev Prezident seçiləndən on gün sonra - 13 oktyabr 1993-cü ildə Əhməd Şmide Berlindən İstanbula - Türkiyə milliyyətçilərinin liderlərindən biri, "Azerbaycanın Türkiyede tanınmasına çeyrek asrdan beri önderlik yapmış" Ahmet Kabaklıya bir məktub ünvanlayır: "Pek möhtərəm hocam! Bir süredir içimi burkan, içimi fena halde sıkan bir maseleyi zatialinizin ittilaına sunmak ihtiyacını duyuyorum. Malumunuz, Azerbaycanda iyi niyyetli, fakat talihsiz bir cümhurbaşkanı, kendi acizliğini idrak ederek, terki vazife etmiş, yerine Meclis Başkanı Haydar Aliyev, bir süre Cümhurbaşkanlık görevini tadvir ettikden sonra Azerbaycan Türk Halkı tarafından oyların büyük çoğunluğu ile devletin en üst kademesine getirilmiştir. Azerbaycan konusunda - acizane vükuf ve ihtisas sahibi olduğum zatialinizin malumudur. Bu vüqufuma istinad ederek tam mesuliyetle derim ki, bütün şanssızlıklara rağmen Azerbaycan Türkleri Aliyevi seçmekle düşünülebilecek en isabetli tasarrufta bulundular...Aliyev demokratik yolla hakimiyete geldi. Buna rağmen Türkiyedeki bazi medyalar genellikle Aliyevi eski komünist diye kötü puanlamaktadırlar... Türkiyedeki Aliyev aleyhdarlarına yine de sitem etmek istemiyoryum. Ne bilsinler, işin zahiri manzarası böyledir. Aliyev vaktiyle Azerbaycan KGB şefliğini, KP Birinci Katibliğini ve esbak Sovyetler Birliğinin Başbakan Birinci Yardımcılığını yapmış adamdır. İşin içinde iş olduğunu bilmeyenler, elbette kendisinden "eski komünist" diye bahsedecektir".

Şmide məktubunda məsələlərə aydınlıq gətirmək üçün Azərbaycanın tarixi taleyini təhlil edir, rus imperiyasının və rus xalqının Azərbaycana münasibətinin siyasi şərhini verir, Rusiyanın Azərbaycan siyasətinin mahiyyətində dayanan həssas məqamların təfərrüatını, "Gülüstan" müqaviləsindən tutmuş, neft kontraktlarına qədər məsələləri politoloji incəliklə şərh edirdi: "Rus yönetiminin ve ahalisinin empreyalist zihniyetine gore Azerbaycan da, diğer eski Sovyetler Birliği Cümhuriyetleri de Rusiya Anacığın helalıdır. Bu anlayıştan onu kendisinden kuvvetli bir askeri güç vazgeçirebilir. Bu askeri potansiyel mevcut olmadığına gore köprüyü geçinceye kadar ayıya "dayı" demekten başka care yok. Aksi halde kayet kısa bir sure sonra İvan sizin de kapınıza dayanır. Şunu unutmayalım: Gerek çarlık Rusya ve gerek kızıl emperyalizm yıllarında ruslar hep Azebaycanlıların "delidomrulluğundan" belli ölçüde ihtiyat etmişlerdir. Halbuki şu andaki ermeni gailesi rusa da nümayiş ettirmişdir ki, Azeri türkleri hiç de korktukları kadar "deli dumrul" değilmiş, duşmandan hatta kaçarmış, ondan - megerse ihtiyat etmeğe gerek yokmuş".

1993-cü ildə belə bir durumda olan Azərbaycanda Heydər Əliyevi dəstəkləməyi Şmide türk ictimai fikrinə təlqin edirdi. Çünki Heydər Əliyev işin əslini bilən yeganə siyasətçiydi. Məktubda maraqlı olan başqa bir məqam da var. Alman Şmide hətta o dönəmdə vəziyyətin düşünüldüyündən də kritik olduğunu anladığına görə, "Adriyatik sahilinden Çin seddine kadar Türk dünyası rüyasından ayılmağı, Rusiyanın kütlevi cazibesindən" qurtulmağın optimal yollarını müəyyənləşdirməyi düşünürdü. "Vətən-Millət-Sakarya" "düttürüsü"nün zamanı olmadığını, hadisələrə romantik deyil, gerçəkçi gözlə baxmağı təşviq edirdi. Şmide bilirdi və dönə-dönə xatırladırdı ki, İkinci Dünya savaşında zəbt etdiyi minicik Kuril adalarını belə əsl sahibindən əsirgəyən, fevc-fevc küçələrə tökülüb, "Kurili naşi" (Kuril bizimdir) deyə avaz-avaz bağıran bu müdhiş əjdaha (yəni Rusiya) yeraltı və yerüstü zənginlikləri bol Azərbaycandan asanlıqla vaz keçməyəcəkdi. Şmideyə görə, Azərbaycanı rus imperializmindən tamam xilas etmək üçün Heydər Əliyevin siyasi zəkasına ehtiyac var idi.

1993-cü ildə, təbii ki, indiki kimi Türk birliyi modeli qurulmamışdı, Azərbaycan torpaqları hələ yenicə, həm də müqavimətsiz olaraq erməni işğalına məruz qalırdı və bu səbəbdən hələ zamanı yetişənə qədər ayıya "dayı" deməyin, hətta lazım gələrsə MDB-yə daxil olmağın qaçılmaz olduğunu xatırladan Şmide Heydər Əliyevin əslində kim olduğunu, türk dünyası üçün hansı dəyərə sahib olduğunu Türkiyə cəmiyyətinə anlatmağı özünə mənəvi borc bilirdi və üzünü Ahmet Kabaklıya tutub, onun, yəni Azərbaycanla bağlı həqiqətlərin gerçək mahiyyətini bilməyən türk milliyyətçilərinin təsəvvürünə 1970-ci illərdə Azərbaycanı yönəldən Heydər Əliyevin siyasi portretini həkk edir, Türkiyədəki Heydər Əliyev imajı haqqında düşüncələrini bölüşürdü: "Çeyrek asırdan beri türklük ve müsülmanlık uğrunda, bazen çok, bazen az, fasiləsizce çalıştığımı, Siz hocamdan daha iyi bilen kimse yoktur. Bunun ecrini insanlardan değil, Cenabi-Mevladan bekliyor ve niyaz ediyorum...

Tahmini yirmi beş otuz yıldır bu faaliyeti sürdürmedeyiz. Bu zaman dilimi zarfında, bolşevikliyin en şedid olduğu devrlerde Azerbaycan KP-nin I Sekretari Haydar Aliyevin şahsen tasvibi ile (uyğun bilməsi ilə) on kere Azerbaycana gide bildim. Ne yuvanın kuşu olduğumu, neye hizmet etdiğimi, Azerbaycanda bolşevik rejimin mühalifleriyle ünsiyyet kurduğumu, gelişlerimle, sohbetlerimle onlara cesaret verdiğimi bu adam çok iyi biliyordu. Bildiğini de ben, bana karşı olan şahsi tavrından (davranışından) biliyordum... Aliyev gerçəkçidir, genellikle (ümumiyyətlə) Azerbaycan türk milletinin hayrına çalışmıştır. Azerbaycanda bolşevik aleyhdarı en önemli edip ve düşünürleri Aliyev, kendi pozisiyonunu tehlikeye düşürmemekle, himaye etmiş, milli mefkure doğrultusunda (istiqamətində) çalışmalarına imkan vermiş, en azından göz yummuştur... Bu adam milletini və kültürünü her zaman sevmiş, imkan hasil olduqca (tekrar ediyorum, kendi pozisyonunun tehlikeye düçar etməmek şartıyla bolşevik fikriyyatın mühalifi olup, tutumlarını cemiyet hayatnın çeşitli düzeylərinde şu ve ya bu şekilde tecessüm etdiren Azerbaycanlı aydınları korumuştur.

Öte yandan Azerbaycan bu gün ürek ağrıtan bir vaziyettedir. Ülke genelinde milli çöküm müşahide ediliyor. Devlet torpaklarının % 20-si düşman işğali altındadır. Buna rağmen, durumun gerektirdiği milli vahdet yerine milli nifak alıb yürümüş, her kes her kesin şaytanıdır. Böyle bir ortamda, yani 30-40 siyasi partinin 30-40 ayrı istikamete çekmesi neticesinde ahalinin gitdikce güçten, takattan düşmekte olduğu bir ortamda, devletin başına professional, dirayetli, dinamik bir liderin gelmesi, alkışlanacak bir durum, taleyin iyi bir jestidir.

Emin ola bilirsiniz ki, bolşevik zamanında bele bu derecede milli çöküm idrak etmemiş olan Azerbaycanı bu gün Aliyevden başkası kurtaramaz. Azerbaycan halkının % 96 bu gün bu kaanata geldikten sonra hissiyyata kapılıb belli hülyaların iflas etmesi karşısında Aliyevi kötüleyenler ancak hasmın ekmeğine yağ sürüyorlar (düşmənin çörəyinə yağ sürtürlər)".

Belə bir Azərbaycançı, belə bir Azərbaycanşünas, eyni zamanda tariximizin ən ziddiyyətli çağlarında birmənalı şəkildə Heydər Əliyev uğrunda mücadilə verən və o illərdə Avropada bu məsələdə bəlkə də tək olan Ahmed Şmidenin adının Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında görünməməsi bu nüfuzlu siyahının etibarlılığına mənfi təsir göstərir. Şmide, 1997-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmiş ilk alman alimiydi. 1997-ci il martın 3-də BDU fəxri doktoru seçilməsi münasibətilə Bonnda söylədiyi nitqində (həmin nitqin tam mətnini ilk dəfə "Ədəbiyyat qəzeti"nin bu sayında təqdim edirəm) Hans Peter Ahmet Şmide bir daha Heydər Əliyev mövzusuna qayıdır və deyirdi ki: "Fırsat gelmişken bir düşünceye daha burada yer vermek istiyorum. Daha Sovyetler Birliğinin çetin şartları altında otuz yıldan çok bir süre önce ilk kez bir taraftan Azerbaycan ile Almaniya ve öte tarafta Türkiye ile Azerbaycan arasında temelinin atılmasına muvaffak olunan o harikulade dostluk münasebetlerini, coğrafi ve etnik açılardan birbirlerine bu kadar yakın olmasına rağmen şerir bir kıskançlıkla birbirlerinden uzak tutulan Azerbaycan ve Türkiye türkleri arasındakı ilk edebi mübadeleleri, gerek o zamanlarda, gerekse bugün devletinin başında duran bir adama medyunuz (borcluyuq). Bir devlet adamının uzak görüşlülüğü ile olsun, akıllı düşünüp taşınmaktan olsun, veya vatansever bir temel görüş veya duygudan ileri gelen his şevki ile olsun - her ne sebepten olursa olsun, Haydar Aliyev bu ilişkleri her vakit korumuş ve hiç değilse o zamanki sisteme uyğun gelmeyen bu faaliyetlerin aktörlerini zaman zaman başgösteren şiddetli ve tehlikeli saldırılara karşı himaye etmiştir. Bu, inkar edilmez bir gerçektir. Blokların yıkılışından sonraki zamanlarda yine da Aliyeve karşı beslediğim sempati ve şükran duygularımdan dolayı beni kınayanlar olmuştur. Şu kinayelere cevabım hep böyle olmuştur: çetin şartlar altında, pek vahim bazi durumlarda dostlarımı, kendimi ve o nefis kültürler arası ilişkileri olası zararlara karşı koruyan eli ben ısırmam. Bende olan bu anafikiri, Prusya kralı Büyük Frederikin kabacanlı ifade tarzı ile dile getirmek gerekirse: "Ein Hundsfott wer Gutes mit Schlechtem vergilt!" Güzelim Azerbaycan Türkçesi ile ayni düşünce, ifadesini her halde şöyle bulmalıdır: "Yahşılığın evezinde yamanlık eyleyen eclaftır!" veya Türkiye Türkçesi ile "İyiliği kötülükle mükabele eden alçaktır!"

1993-cü ildə türklərə "Adriyatik sahilinden Çin seddine kadar Türk dünyası rüyasından ayılmağı" tövsiyə edən, Türkiyəli aydınlara, türk millətçilərinə bəlli situasiyada Heydər Əliyevə dəstək olmağı tövsiyə edən Şmide, artıq 1997-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilərkən, fərqli bir inamla alman cəmiyyətinə səslənirdi: "Muhatabımız bir tek Türkiye değildir. Türkiyenin yanında Azerbaycan, Türkmenistan, Kazakıstan, Kırgızistan, Özbekistan ve diger Türk dilli ve kökenli devletler yer almışlardır. Harıtaya baktığımızda, Güney doğu Avrupadan Orta Asyanın doğusuna kadar uzanan muazzam bir ülke kompleksi gözümüze çarpıyor. Artık yalnız Türkiye yok, yuvarlak hesapla çeyrek Milyar nüfuslu Türk Dünyası var. Gözlerinde sabit nokta olarak Türkiyenin durduğu bu büyük kitle, şimdiye kadar kendilerinden esirgenen kimliğini bulma yolundadır. Bu kendi kendisini bulmanın heyecanını günden güne daha çok yaşamakta, idrak etmektedir".

Bu yazını yazdıqca düşünürəm: Kifayət qədər praqmatik düşünən bir alman mütəfəkkiri necə olub ki, bu miqyasda bir türkçüyə çevrilib. Hələ üstəlik, İslam dinini qəbul edib, Peter ve Erna Schmiedelərin oğlu Hans Əhmədə dönüb, anasına Fatimə adını verib, oğlanları Həsən və Hüseyn olub...

Bəxtiyar Vahabzadənin atamla məktublaşmalarında Şmidenin adı çox keçir: "Dekabrın sonunda çox güman ki, alman dostum Şmide Bakıya gəldi. Sənə xəbər edəcəyəm. Hörmətlə, Bəxtiyar. 5 dekabr 1974". Hans Əhməd Şmide isə Vahabzadəyə yazdığı bir məktubda sovetlər dönəmində Bəxtiyarın qonağı olduğu günləri xatırlayıb, "Nə gözəl günlərdi! Akifi oxuyaraq ağlaşardıq: "Doğacaktır sana vadettiği günler hakkın. Kim bilir belki yarın, belki yarından da yakın". Dışarıda sovet ruzgarları əssə də, içəridə Məhməd Akif Ərsoyun şeirini oxuyub ağlaşırdılar.

Nəhayət, bu yazını yazdıqca Ahmed Şmideni Neftçaladakı evimizdə xatırlayıram. Özü demişkən, bolşevikliyin şedid olduğu illərin birində Bəxtiyar Vahabzadə əziz qonağı ilə bizə də gəlmişdi. Şmide həmin gün atama Tevfiq Fikrətin "Rübabi-şikəstə" kitabını, bir də Qərbi Berlində nəfis tərtibatla nəşr olunmuş "Qurani-Kərim"i bağışladı. İndi evimizin relikviyasına çevrilmiş "Rübabi-şikəstə"nin titul vərəqinə Şmide öz xətti ilə bu sözləri yazdı: "Muhterem kardeşimiz Abilzade İmamverdiye. Dostluk olan yerde benlik ortadan kalkar: "Tecelli eylemezsin perdede ben var iken, // Şarti-izhari vücudumdur adim olmak bana". II Sultan Mehmet Fatihin "Avni" mahlası ile yazdığı bu manalı sözle büyük Osmanlı şairi Tevfik Fikretin bu kitabı dostluğumuzun, kardeşliyimizin nişanı olsun. H.Ahmed Şmide".

***

Heydər Əliyevi Atatürklə bir sırada görən, onu özünün ali güvənc yeri hesab edən, Heydər Əliyevi dörd minillik türk dövlətçilik tarixində ölməz lider hesab edən Əhməd Şmideni "Heydər Əliyev İli"nin başlanğıcında yad etməliydik. Millətimizin təmənnasız dostu, böyük azərbaycanşünas, türkoloq, Türkiyədə Heydər Əliyevlə bağlı milli istiqamətlərin sabitləşməsinə və dərinləşməsinə vəsilə olmuş, Avropada ermənilərin antiAzərbaycan təbliğatlarına qarşı misilsiz dirəniş göstərmiş, hələ 1975-ci ildə Dədə Qorquddan başlayaraq, Azərbaycan mədəniyyətini Avropaya tanıtmaqda müstəsna rolu olan Əhməd Şmidenin adını Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında bərpa etməliyik.

Şmideyə vəfa borcumuz var...

 

12 yanvar 2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!