O, uğrunda vərəm olmağa belə razı idi futbolun.
Anası Pirayə xanım ona çox əsəbiləşmişdi. Ondan türmədəki atası Nazim Hikmətlə məktublaşmasını istəmişdi. Daha doğrusu, qarşısına şərt qoymuşdu. Beləcə, o, Zolya, Balzak, Dostoyevski, Qorki kimi yazıçılarl oxumağa başlamışdı.
Fəqət futbol sevdası hələ də sönməmişdi.
Səhhətində yaranan problemlərə görə, 1945-ci ildə futbolla məşğul olmağı dayandırır. Futbola baxmağı isə 1969-cu ildə heyranı olduğu Metin Oktayın futbol karyerasını bitirməyi ilə tərgidir.
İstanbulun Altunizadə rayonunda boş sahələrdə topla oynayan uşaqları seyr etməklə vaxt keçirirdi. Ürəyi sıxılırdı. Uşaqlar məhəllə adamları tərəfindən döyülür, söyülürdü.
O, bu vəziyyətə dözmür, uşaqları yığıb bir klub yaradır - Altınyurt Gençlik və Spor klubu.
O, məşqi məşhur britaniyalı məşqçi Uolter Uinterbottomun "Futbol Məşqçiliyi" kitabına uyğun həyata keçirirdi. "Ayna paslı futbol" çalışmalarından keçən uşaqlar bir neçə il ərzində uğur qazandılar. Lakin...
"Koşuyolu" komandası ilə qarşılaşmada qonaq komandanın tamaşaçıları Altınyurtlu futbolçulara hücum edir, matç polis bitir, beləcə, sevib əmək verdiyi futbol şöbəsini bağlayır. Uşaqları da Qalatasaray futbol klubuna təhvil verir.
Futbolu həyatından tamamilə çıxarır. Özünü şiddət ola
O, özünü zorakılığa qapalı yeganə sivil qrup idmanı kimi gördüyü voleybola həsr etdi.
1960-cı illərdə voleybolda Rumıniya fırtınası əsirdi. Rumıniyalı məşqçi Gabriel Cherebetiunun voleybol kitabını oxuyaraq işə başlayır. Ardınca Yaponiya, ABŞ, Kanada, Çexoslovakiya və SSRİ-dən məşqçilərin kitablarını gətirdir.
Türk idmançıların boyunun qısa olduğuna görə, torun önündəki hərəkətliliyi daha çox inkişaf etdirən sürətli aldatmalardan ibarət olan "Asiya məktəbi"ni mənimsəyir.
Türk voleybolunun yüksək paslardan düz, alçaq, qısa və sürətli paslara keçid dövrünün təməlini qoyanlardan biri olur. Və böyük pullarla qurulan nəhəng komandalar arasında həvəskar məhəllə komandasının uğuru xəbərlərdə yer alır. Onlar səfər liqasına yüksəlirlər.
Altınyurtdakı uğurundan sonra İstanbulun yeniyetmə kişilərdən ibarət komandalarına, daha sonra isə gənclərdən ibarət milli komandaya rəhbər təyin olunur. Gənc kişilər Almaniyanın Mannheim turnirində birinci olurlar.
O, təkcə praktikada yox, həm də voleybol teoreminə yazdığı "Voleybol" kitabı ilə də bu idman növünə fayda vermiş olur. Anadoluhisarı Gençlik və Spor Akademiyasında müəllim kimi mühazirələr oxumağa başlayır.
O, idman cameəsində Mehmet Bengü, ədəbiyyat dünyasında isə Memet Fuat imzaları ilə tanınır. Əsl adı isə Mehmet Fuat Engin Bengü idi.
O, oğlu Kenan Bengünü də voleybolçu kimi yetişdirmişdi.
Oğluna yazdığı məktublardan biri belə idi:
"Əziz Kənan, məndən bir neçə dəfə səni necə böyütdüyümü soruşdular. Deməli, kimsə düşünür ki, bu işin məşqçiliklə bağlı "sirri" var. Amma çox cahillik var. Əgər araşdırma, axtarış və öyrənməsən, iş istər-istəməz "sirr" keyfiyyətini alacaq. İnsanlar belə "sirli" şeyləri sevirlər...
Ancaq müasir voleybolda setterin necə oyunçu olması, seçim və inkişaf zamanı nələrə diqqət yetirilməli olduğu kitablarda açıq şəkildə yazılıb.
Anlayış və düşüncə oxşarlığından əlavə, uğura təsir edən çox şey var. Qavrama gücündən başlayır, tətbiq etmək qabiliyyəti ilə formalaşır və eyni təlimin sonunda müxtəlif ixtisaslı setterlər meydana çıxır.
"Mən də bacararam, o səviyyəyə çata bilərəm" deyə düşünmək, yəni özünə güvənmək, işinin doğru yolda olduğuna inanmaq çox vacibdir.
Sən yüksək qavrayış qabiliyyətinə, istedadına malik, əzələləri ilə deyil, beyni ilə oynayan voleybol şagirdi idin, mən isə ustalıq mərhələsinə çatmış voleybol müəllimi idim... Bilirsən, mən şeiri sevirəm. Hər şeyin altında şeir zövqünü, şeir incəliyini axtarıram. Sənin voleybolundan həmişə bu zövqü almışam. Sevgilərlə, mənim gözəl oğlum..."
Yarısı ədəbiyyat, yarısı idman olan adam Mehmet Fuat 2002-ci il dekabrın 19-da ağciyər çatışmazlığından vəfat edir. O, Karacaahmet qəbiristanlığında dəfn edilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!