Əli bəy Hüseynzadənin “Zəlzələ dolayısilə” şeiri - Azər Turanın təqdimatında

 

1939-cu ildə Türkiyədə indikindən daha şiddətli bir zəlzələ olmuşdu. Tarixə Böyük Ərzincan Zəlzələsi olaraq keçən bu depremdə 32 mindən çox insan həyatını itirsə də, Türkiyə ayaqda qalmağı bacardı... Onda da qış idi. Dekabr ayının 27-si idi. Atatürk bir il idi ki, dünyasını dəyişmişdi. Xarici siyasi təhdidlərə etina etməyən, Atatürkün qurduğu Cümhuriyyəti müqəddəs dəyər olaraq mənimsəyən türk milləti bu zəlzələnin fəsadlarını da aradan qaldırdı. Və yeni qurulmuş Cümhuriyyəti yıxılmağa, çökməyə qoymadı. O zaman da 50 saniyə davam edən zəlzələnin bunca insan itkisinə səbəb olmasını hərə öz bildiyi kimi şərh edirdi. Geoloqa görə, bu, sadəcə, bir qələti-təbiət, yəni təbiətin səhvi idi. Bəziləri düşünürdü ki, memarlıq inkişaf etmədiyi üçün, fəlakətin miqyası bu qədər geniş olub. Tarixçilərə görə, binaların geotexniki tədqiqlər aparılmadan, özü də vulkanik ərazilərdə tikilməsi istibdad dövrünün fəsadlarıydı ki, özünü indi göstərirdi.

Zəlzələ təbii ki, şeir mövzusu deyil. Amma 1939-cu ildə Əli bəy Hüseynzadə bir Ərzincan türküsünə göndərmə edərək, həmin günlərdə "afət (yəni fəlakət) qarşısında şair, alim, gənclik və Qızılaya ithaf"ən "Zəlzələ dolayısilə" adlı şeir yazmışdı. Bu intellektual və vətənpərvər şeir zəlzələnin bütün acı mənzərəsini ozanın, geoloqun, memarın, tarixçinin, Qızılayın, gəncliyin və dizemenin, yəni şairin dilindən təqdim edir, həm də o təhlükəli və həssas zamanda Cümhuriyyəti, milləti və Atatürk ülküsünü vəsf edirdi.

Azər TURAN

 

Əli bəy HÜSEYNZADƏ

 

lzədolayısilə

 

Afət qarşında şair, alim nclik.

laya ithaf

 

Ozan:

Ərzincanda bir quş var

Dalda yuva arıyor.

Qanadından qan sızar,

Dərdə dəva arıyor.

 

Gördü fəci bir ölüm

İraq yerdən gələn var

Üzərində kəfən: qar,

Ya Rəbb, nədir bu zülüm?

 

Geoloq:

Şu dünya bir toparlaq,

Mərkəzi atəş buxar,

Qabıqsa yer-yer çatlaq,

Mühlik, tektonik hallar.

Ərzincanda zəlzələ

Sorma kimdə qəbahət!

Ərzin yapısı böylə,

Bir qələti-təbiət.

 

Memar:

Bir vulkan sarsıtdı yurdu,

Yıxıldı ev, dam, divar.

Arama, kimdir suçlu,

Memarlıqda qüsur var.

İnşa tərzi bərbaddı,

Təməl deyildi sağlam.

Çatı tipi sakatdı.

Çökməyə məhkumdu dam.

 

Tarixçi:

Suçlu istibdad dövrü

Ondan mirasdır bu hal,

Əsrlərcə köyləri

Etmiş tamamən ehmal.

Geotexnik tədqiqlər,

Yapılmamış mazidə.

Qurulmuşdur şəhərlər,

Vulkanik ərazidə.

 

Qızılay:

Sırasımıdır şimdi,

Aramaq suçlu, mücrim?

Burax mazi bəhsini,

Hazırı düşünəlim

Şu deprəm afət oldu,

Bir çox fəlakətzədə.

Vətəndaşlıq borcunu,

Bir an əvvəl qoş, ödə!

Bir çox şəhər, qəsəbə,

Giresun, Ordu, Niksar

Tokat, Sivas, Erbaa.

Yaşlı müztərib ağlar.

Yüzlərcə köy pərişan,

Getmiş binlərcə insan.

Xain afətə qurban,

Sönmüş bir çox xaniman

Sağlar qar altında ac

Yaralı xəstə, çıplaq,

Bir çoxu yoxsul, möhtac,

Lazım yardıma qoşmaq.

 

Gənclik:

Ortaq dərdinə yurdun,

Qoşarız yardımına,

Olsa da yollar uzun,

Hər yanda qar, fırtına,

Türküz, yıldırmaz bizi,

Nə borağan, nə tufan.

Sarsamaz əzmimizi

Nə zəlzələ, nə vulkan.

 

Dizemen: (nazım)

Ölən öldü, dirilməz

Sağı qurtarmağa bax.

Viran evlər düzəlməz

Yeni yurd qurmağa bax

Modern olsun, dayansın,

Sarsıntıya, yanğına;

Yıxmasın, uçurmasın

Zəlzələ, sel, fırtına.

Yaşasın ulu millət

Yüksək Kamal ülküsü,

Yaşasın cümhuriyyət!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!