Susa bilmirəm. Qırğızıstanda və Tacikistanda onlarca həlak olan var. "Sivil" adlandırdığımız dünyada bu kimisə narahat edirmi? Düzünü deyək. Dünyanı narahat edən bizim qonşu dövlətlə konfliktimiz yox, "əzabkeş" qonşumuzun düşdüyü vəziyyətdir. Əleyhimizə səs qaldıran amerikalılar və iranlılar həmrəylik göstərir. Doxsanıncı ilin yanvarından sonra dünya diksindimi? Bu faciədə hələ də günahkar bizi sayırlar. Bəs Xocalıda baş verən soyqırımdan sonra? Minlərlə hüquq müdafiəçisi harada idi? İndi baxın. İki gün ərzində neçə nəfərimiz həlak olub. Üstəlik, çağırışlar: Antiukrayna, antirus, antiamerika təbliğatı ilə məşğul olmayın. Yetər! Hər şeydən əvvəl öz ölkəniz baradə düşünməyə başlayın!
Bəlkə Azərbaycan təbliğatının vaxtıdır? Necə illər öncə mən "İnsan həyatının dəyişən istiqaməti"ni yazmışdım. Təkrar etməyə hazıram. Bir amerikalının həyatı iki fransızın, üç almanın, beş italyanın, səkkiz çexin, on polyakın, iyirmi rusun, əlli türkün, yüz ərəbin həyatına və bir yəhudinin qulağına bərabərdir. Nədənsə, öz xalqının yüz və min nəfərini İsrailin bir vətəndaşına dəyişən ərəblər özləri bu mövqe ilə razılaşır. Bəlkə İsraildə olduğu kimi, öz xalqına dəyər verməyin zamanıdır? Onlardan nümunəmi götürək? Bir neçə gündən sonra Ukraynanın vilayətlərində keçiriləsi referendumdan sonra əsl müharibə başlaya bilər. Onsuz da müharibə gedir. Və heç bir qaydaya sığmadan. Gəlin Çində, Serbiyada, Azərbaycanda olan separatçıları dəstəkləyək, Gürcüstandakı, Moldovadakı və Ukraynadakı separatçıları əzək. Bəs Korsika? Kataloniya? Şotlandiya? Heç bir beynəlxalq hüquq yoxdur. Yalnız gücün hüququ var. Dünya dəli olub. Və biz seçim qarşısındayıq. Yenə də. Hər kəs hər şeydən öncə öz ölkəsi və xalqı haqqında düşünməlidir. Şuşa təslim olanda bəziləri restoranlarda gəzirdi. Bakıda isə vəzifə davası gedirdi. Unutmusuz? Xocalıda o faciə baş verəndə, nə qədər insanımız həlak olanda bizim Milli Məclis bu faciənin həqiqi günahkarlarını "yada salmadan" ölkə prezidentini istefaya göndərdi. İndi bizim "liberalları" kim lazımdırsa onu müdafiə etmək maraqlandırır, təkcə həlak olan oğullarımız yox. Bizim oğullar. Mən bu gün həlak olan zabitimizin abidəsi önündə durmuşdum. Onun oğlu heç zaman ata məhəbbətini dadmayacaq. Bu, bütün dünyada ən vacibidir. Ən böyük faciədir. Mənim xalqımın faciəsidir. Və bu oğlanın həyatı bu dünyada bizim hamımız üçün hər şeydən dəyərli olmalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!