Bakıda İnter Continental oteldə “Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının Baş Katibi və “Konfransların təşkili və Tədbirlərin İdarə Edilməsi” təşkilatının icraçı direktoru, Dubayda yaşayan bloqqer Tariq Feyzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə urdu və Azərbaycan şairlərinin iştirakı ilə “Urdu-Azərbaycan Beynəlxalq Poeziya və Mədəniyyət Gecəsi” keçirilib.
Gecədə Pakistan, Hindistan və Dubaydan olan urdu dilli şairlərlə yanaşı, azərbaycanlı şairlər də iştirak edib, həm urdu, həm də Azərbaycan dilində şeirlər səsləndiriblər. Pakistandan Babar Nasim Assi, Dr. Saima İram, Hammad Niyazi, Hindistandan Zübeyir Ansari, Dubaydan İrfan İzhar, Azərbaycandan isə Azadə Novruzova, Aysel Fikrət, Müşfiqə Baləddin və Əkbər Türbəndeyev iştirak edərək öz şeirlərini təqdim ediblər.
Gecədə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin urdu dili müəllimi Eldost İbrahimov fəxri qonaq kimi iştirak ediblər.
Sonda sufi rəqsləri və urdu dilində mahnılar təqdim olunub.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!