Zemfira Səfərova “Şöhrət” ordeni ilə təltif edilib

 

Z.Y.Səfərovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2022-ci il

 

president.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!