Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında dördüncü olub.
IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.
Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.
Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.
F.Köçərli adına IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!