Məhəmməd Ənvər oğlu Mustafa Ziya 1959-cu ildə Kərkükdə doğulub. İbtidai və orta təhsilini Kərkükdə alıb. Sonra Süleymaniyə Universitetinin Geologiya fakültəsinə daxil olub. Məzun olduqdan sonra elmi işlərini davam etdirib. Geofizika üzrə doktordur. Kiçik yaşlarından ədəbiyyata xüsusi həvəsi və şeir yazmaq istedadı üzə çıxıb. 13 yaşındaykən 1973-cü ildə "Altun çiçək" (Kərkük), 1976-cı ildə "Könül parçaları" (Bağdad), 1980-ci ildə "Qoşuklara" (Bağdad), 1988-ci ildə Bağdadda "Xoyratlar və bayatılar" (Əli Bəndəroğlu ilə ortaqlı) və "Balam Kərkük" (2017) kitabları çap olunmuşdur. 1961-ci ildən Bağdadda çıxan və bu gün də davam edən "Qardaşlıq" dərgisində və "Yurd" qəzetində bir çox şeir, hekayə və ədəbi yazıları yayımlanmışdır. Türkiyədə və Azərbaycanda şeirləri, ədəbi və elmi məqalələri çıxmışdır. Mənim tərtib edərək çap etdirdiyim "İraq Türkman nağılları" (Bakı, "Təhsil", 2014, 432 səh.) və "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (Bakı, "Təhsil", 2016, 264 səh., Ankara, 2017, 214 səh.) kitablarıma ön söz yazmışdır.
1994-cü ildə 128 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Füzulinin 500 illik yubileyinə İraqa gedəndə İraq tərəfindən təşkilatçılıq işinə Əbdüllətif Bəndəroğlu və Dr. Mustafa Ziya rəhbərlik edirdi. Kərkükdə Anar, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı və məni Əta Tərzibaşının görüşünə Mustafa Ziya apardı.
Mustafa Ziya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. O, eləcə də Türkiyə və İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin üzvüdür.
O, uzun illər Ankarada İraq Türkmaneli Kültür Mərkəzinin Başqanı kimi xalq qarşısında böyük xidmətlər göstərib. Təkcə onu demək kifayətdir ki, türkmanların İraqda türk dilində oxuduğu 250-dən artıq məktəbin kitab və dərs vəsaitləri ilə təmin olunmasında Dr. Mustafa Ziyanın əməyi olub. Hazırda Ankarada Türkmaneli Vəqfi sədrinin baş müşaviridir. Bununla belə, həm heca vəznində, həm də sərbəstdə şeirlər yazır. Şeirlərindən nümunələri təqdim edirik.
Qəzənfər PAŞAYEV
Mustafa ZİYA
Kərkük
Sənə gəldim qəlbimdəki atəşlə,
Xoyratınla söndür bu atəşimi.
Sənə gəldim gözlərim dolu yaşla,
Sil, qucaqla, ovut, oxşa başımı.
Göstər məzarını şəhit dayımın,
Göstər yıldızını göydə Ayımın,
Ver daşını yıxılmış sarayımın
Yürəgimdə daşıyım mən daşımı.
Sən olmasan yer-gök mənə dar gəlir,
Bir avuç soyumuş kül qədər gəlir.
Səndən uzaq qalmaq mənə ar gəlir,
Zəhirlər ruhumu, suyum, aşımı.
Demiştim ya canımı istə Kərkük,
Onu bəxş et bir eşə, dosta Kərkük.
Sənə gəldim omuzlar üstə Kərkük
Aç toprağını, qucaqla nəşimi.
Daşın da ürəgi var
Daşın da ürəgi var,
Titrər yer titrəyəndə.
Daşın da ürəgi var,
Damar-damar qabarar
Güllər mor titrəyəndə.
İnsana bənzəməz, hardan baxsav, bax.
Daşdı, tək üzlüdü.
Dili yoxdu ağzında dolandırsın
tək sözlüdü.
Gözü yoxtu,
ama coşar ürəktən.
Boğazı yox, burnu yox nəfəs alsın.
yaşar ürəktən.
Selə qarşı, yelə qarşı durup dayanı,
ağlı yoxtu, qaçmaq bilsin,
ağlı yoxtu, hesab etsin,
seçmək bilsin.
Karı, ziyanı.
yerdə sürünəni sevməz.
nifrət edincə dağ olur.
Sevdiysə ürəkdən sevər
bir kokusuz çol gülü için
avulur torpağ olur.
Biz daş için savaşırığ
biz ölərig, daşa nə olur.
düşər bin baş,
daş qalır, daş.
Qanımızı süzə-süzə
ruhumuza vətən olur.
Daşın da ürəgi var,
bənzəməsə də bizə.
Qucağında yaşırığ,
Qucağında ölürüğ,
Daşın da ürəgi var,
Daş demə ürəksizə.
Mosul
Bu topraq susamış canan istəyir,
Bu toprak ahıtlı qurban istəyir.
Tozunu qoparan, daşını dələn
Yavuz atlılara dövran istəyir.
Kükrə, Gürgürbaba, yax siyah suyu,
Dağıt bu düzəni, poz bu pusuyu.
San pis petrol degil, saf qan gərək
Hər türkmanın qəlbində aç bir quyu.
Dəclənin suları ağlasın artıq,
Nuh tufanı gibi çağlasın artıq.
Təlafər səsiylə oxunsun əzan,
Xoyrat yürəkləri dağlasın artıq.
Bu topraq susamış canan istəyir,
Nurəttin Zəngidən fərman istəyir.
Atabəylər bəklər Qarasarayda
Süleyman gibi bir sultan istəyir.
Sadun Köprülüyə ağı
Bu gün yenə xatirəni anarkən
Dügümlənir boğazımda hecələr.
Qəlbində Gürgür qədər günəş varkən
Nasıl oldu erkən çökdü gecələr?
Bəlkə də tam zamanında ayrıldın
Tərtəmiz qaldın, kirlənmədi adın.
Gettin də dürüstlük getti səninlə
Bulanıq sularda yaşayamadın.
Bu gün gögə həsrət dolu baxarkən
Say, say bitməz ayları, günləri də
Sizlər sılaya vardınız çox erkən
Bir yarıştı, bizlər qaldıq geridə.
Bu gün 11 eylül yaşım elli beş
Geçmişin gölgəsi düşmüş önümə.
İçimdə yanırmı hələ atəş?
Tərəddüdlə sordum kəndi kəndimə.
Küllərin altında köz bulamadım,
Həyattan geriyə nələr qaldı ki?
Yılların içində gün çalamadım
Həpsi bənim olmalıydı halbuki.
Ömür ilərlərkən həyat gerilir,
Yeryüzü daralır səccadə olur.
Əllərinə bir pusula verilir,
Gökyüzü açılır, yol caddə olur.
Düşünürsən: kim bəndən nə çalmıştır?
Yürəgini yaralarmı? Yaralar.
Hər kəs səndən aldıgını almıştır,
Sənə qalır sadəcə xatirələr.
Bən səni sevirəm
Bən səni sevirəm
Məcnun gibi degil.
Kimsəyə bənzəmədən
Bən səni sevirəm.
Bən səni sevirəm
Sadə və düpədüz.
Adını qoymadığım bir eşq
alabildiginə.
Bən səni sevirəm
Ama nə günəşimsən, nə də Ayım.
Nə də gülsən və ya çiçək.
Heç bir şeyə bənzətmirəm.
Səni sevirəm quruba qarşı
Xəyalımda degil, yanımda ol.
mutluluğu
toxunarak yaşa.
Bən səni sevirəm
dünya gözəli olmasan da
sadəcə sevirəm
gərəkcə uydurmadan.
Bən səni sevirəm
sevə bildiyim qədər.
Və kəndimi
aşiq sanıram.
İnsan ol
Kim yarına saxlamış ki ömrünü,
Səninlə yarını xəyal edəməm.
Yeni gün doğmadan sakın ayrılma,
Yoxsa hakkımızı halal edəməm.
Acılar kimsəyə qədər olmasın,
Nəsib, qismət sən var ikən gözəldir.
Düşünmə! Vaktimiz hədər olmasın.
Gönül, işə yarar ikən gözəldir.
Zənn etmə ki, başqasını bulursan
Bən sənə məhkumam, sən bənə məhkum.
Eşq olmadan inan unutulursan,
Eşq şan qazanır, gerisi məlum.
Bir avuç topraksa bizi bəkləyən
Ən dəgərli zaman yaşadığındır.
Qarmaşıktır deyə sevilir orman
Sarmaş-dolaş bir eşq adsız dügündür.
Çıxar cəkətini yağmurda islan,
Qışda titrə, yazda tərlə, insan ol.
Çocuk gibi istə, isyan et, nazlan,
Vakurlugu burax, pür həyəcan ol.
Deyirlər ki, hər şey bitər beyində,
Bitən degil, yaşanan bənə lazım.
Yetər gəzdigin xəyal göylərində,
Mələk istəməm, insan bənə lazım.
Türkmaneli sızlamaları
Ali Haşim Muhtaoğlu
və Munir Kafilinin adından
Sən gedəni il oldu,
Yanan ocağ kül oldu.
Qəbriy üstə gül oldu,
Adıya kurban balam.
Adıy Alidən gəli
Türkmanelidən gəli.
Deməyin gedən gəli
Adıya kurban balam.
Gettiy bizi buraxtıy
Göz yaşı kimin axtıy
Dönüp bayrağa baxtıy
Adıya kurban balam.
Türkmanın kədəridi
Ömrümün hədəridi.
Betərin betəridi
Adıya kurban balam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!