Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı  Kasuqo İsoquro layiq görülüb. 

                                         

1901-ci ildən təqdim etdiyi Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. 

 

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Qeyd edək ki, O, Nobel mükafatına “romanlarında böyük emosional güc ifadə etdiyinə görə, bizim illüzor düşüncələrimizdəki dərinlikləri gerçəkliklə əlaqələndirdiyinə görə” layiq görülüb.

 

K.İşiquro 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb.

 

1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!