Filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası nəşr edilib.
Monoqrafiyada Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilib. Eyni zamanda, monoqrafik tədqiqatda şairin yaradıcılığında müxtəlif ideyaların tədqiqinə, ideoloji və mənəvi problemlərin açıqlanmasına da yer verilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab elm adamları, ali və orta məktəb müəllimləri, ədəbiyyatşünaslar, kulturoloqlar, eləcə də Sabir Rüstəmxanlı yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!