Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan PEN-Klubunun fransız yazıçılarına və jurnalistlərinə müraciəti!

Hörmətli həmkarlar! Biz Sizin ölkənizin Senatının qətnaməsi münasibətilə hiddət və məyusluğumuzu ifadə etmək istəyirik. Otuz il ərzində Azərbaycan ərazisinin bir hissəsi qonşu ölkənin qoşunlarının işğalı altında idi. Dağlıq Qarabağda Fransa və Ermənistan da daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmayan bir marionet rejim elan edildi. Otuz il ərzində ölkəmizin bir milyona yaxın qaçqını öz doğma şəhər və kəndlərinə qayıda bilmədi. Tarixi obyektlər, kitabxanalar, abidələr dağıdıldı, məscidlərimiz təhqir edildi. İndi müharibənin bitdiyi və Azərbaycan dövlətinin bütün  ərazisi boyunca suverenliyini bərpa etdiyi vaxt Fransa senatı bütün rayonları geri qaytarmaq və status-kvonu bərpa etmək kimi cəfəng tələblər irəli sürdüyü biabırçı və təhqiramiz bir qətnamə qəbul edir. Belə bir qətnamənin gülünc olduğunu anlamaq üçün azacıq da  olsa, sağlam düşüncəyə malik olmaq kifayətdir. Biz hər zaman Fransanı böyük mədəniyyət, elm və tarix ölkəsi hesab etmişik. Əsrlər boyu dünya Sizin Azadlıq, Bərabərlik və Qardaşlıq şüarlarınızı alqışlayıb. Lakin indi hər şey dəyişir. Şəhərlərinizin küçələrində nümayişçilər döyülür, müsəlmanların Peyğəmbərinin gülünc karikaturalarının dəstəklənməsinə imkan verilir və bu cür qətnamələr qəbul edilir. Böyük ölkə bütün dünyanın masqarasına çevrilir, özü də hər biri vəzifəsindən daha da pisləşən bir reytinqlə ayrılan dövlət başçıları sayəsində. Biz inanmaq istəyirik ki, Sizin ölkənizdə hər şeyi düzgün qiymətləndirəcək sağlamdüşüncəli jurnalistlər, yazıçılar, ziyalılar var. Məhz nə baş verdiyini anlayacaqlar. Hərçənd senatdakı yekdil səsverməyə baxsaq, buna ümid olduqca azdır! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!