18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Şübhə yoxdur ki, Azərbaycan bundan müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından azad edəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublika dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!