İntihar edənlər həyatı seçir.
Onlar, əslində, yaşamaq istəyirlər, ancaq belə yox...
Və bəzən arzuladıqları həyata olan həsrətləri o qədər dözülməz olur ki, bir anlıq da olsa bu dünyadan qopmaq, bu ağrını sakitləşdirmək istəyirlər...
Başa çatan həyat deyil, əzabdır.
Bu görə də...
İntihar edənlər həyatı seçir...
Ölümü yox...
Dünya zindanları azadlıq sevdalıları ilə doludur.
Hər bir azadlıq aşiqinin ora yolu mütləq düşəcəkdir.
Azadlığa gedən yol zindandan keçir.
Müharibə də belədir.
Müharibə edənlər sülhü seçir.
Çünki ləyaqətli həyat üçün başqa heç bir yol qalmamışdır.
Ona görə də...
İntihar həyatdır.
Azadlıq zindandır.
Müharibə də sülh...
***
XIII əsrdə yazılı ədəbiyyat yaradan, islam dünyasında ilk cümhuriyyəti qurub, ilk operanı ortaya çıxaran, qadınlara səs hüququnu ABŞ və Fransadan əvvəl verən, Qoca Şərqin qapısı olan, hər zaman tərəqqipərvər bəşəriyyətlə yanaşı addımlayan Azərbaycan bu gün bəşər tarixinin çoxdan geridə qoyduğu bir mərhələni, etnik müharibəni yaşamağa məcburdur.
Çünki bu müharibə sülh üçündür...
Göyərçinlər, körpələr və ağaclar üçün...
Buna yer də, göy də, ulduzlar da, Ay da, dağlar da şahiddir.
Və Günəş bizim onlara qarşı heç bir pisliyimizi görməmişdir.
Ermənilər əsrlərdir bizim qurduğumuz dövlətlərin içində əmin-amanlıq içində yaşayıblar.
Ancaq imkan düşən kimi öz xəstəhal arzularını həyata keçirmək naminə bizi kürəyimizdən xəncərləyiblər.
Tarix salnamələri onların müxənnətlikləri ilə doludur.
1905-ci il inqilabından sonra Azərbaycanın bütün şəhərlərində dəhşətli qırğınlar törətdilər.
Cəlil Məmmədquluzadə "Xatiratım"da yazırdı ki, Tiflis azərbaycanlıları möhkəm qorunduqlarına görə onlar Cənubi Azərbaycanda gəlib hambal işləyən o yazıq bəndələri Kür çayına atırlarmış.
1915-ci ildə I Cahan Hərbində əsrlərdir təbəəsi olduqları Osmanlıya qarşı ən vicdansız hərəkətlər törətdilər.
1917-ci il inqilabından sonra yerə basdırdıqları döyüş baltalarını çıxarıb dinc əhalinin qanına susadılar.
1988-ci ildə də eləcə...
Ara qarışan, məzhəb itən kimi onların məzhəbi bütün çılpaqlığı ilə üzə çıxırdı.
Bu məzhəb qanla yoğrulmuşdu, nifrətlə, kinlə, namərdliklə...
"Gözümüzün qabağındakı ürəkləri parçalayan Azərbaycan boyda matəmgah"ın Yezidi onlar idi...
Xainlər!!!
***
Axı heç bir insan və heç bir xalq fitrətən naqis ola bilməz.
Dünənə qədər yazıq, fağır görkəmli bir adam necə olur ki, hamilə qadının belinə qaynar samovar bağlayır?
Bu fağırdan qatil düzəldən iksir, nədir görəsən?!
Gəlin, bu iksirin izinə düşək...
Erməni dili Hind-Avropa dil ailəsinin müstəqil bir qoluna mənsubdur.
Yəni onların dilinə yaxın olan başqa heç bir dil yoxdur.
Dinləri də o cürə...
Dünyada qriqorian məzhəbinə aid olan bircə onlardır.
Tənhalığın dairəsini görürsünüzmü?
Nə dilində danışan var, nə xaçına sitayiş edən...
Buna görə də onlar daim məhv olmaq, yox olmaq qorxusu ilə yaşadılar.
Və bu qorxu onları ən əxlaqsız əməllərə sövq etdi...
Təbəəsi olan Osmanlıya rus əli ilə təxribatlardan tutmuş, birgə yaşadıqları azərbaycanlılara qarşı terrora qədər...
"Civil romanus sum" bilirsinizmi nə deməkdir?
"Mən Roma vətəndaşıyam".
"İncil"də belə bu cümlə Pavelin dilindən səslənir.
"Mən Roma vətəndaşıyam" sözü qürur deməkdir, dövlətindən aldığın vüqar deməkdir.
Onlar heç bir zaman bu sözü deyə bilmədilər.
Və bu qırıqlıq, bu əziklik, bu natamamlıq onları onlar edən hər şeydə özünü göstərdi.
Saxta tarix yaratmaqla məsxərə obyekti oldular.
Sən demə, İsa peyğəmbər beş min il əvvəl ermənilər üçün bu dünyaya qədəm basmış, üç min il sonra Fələstində zühur etmişdi. ("Əli və Nino" romanından).
Usta Zeynalı avamlıqda qınayırıq, lakin onun Akopa verdiyi suala baxın: "Xozeyin, niyə sizin padşahuuz yoxdu?".
O vaxt guya Azərbaycanın padşahı vardı?
Azərbaycan Çar Rusiyasının tərkibində idi, amma biz Osmanlı sultanını da, İran şahını da öz padşahımız hesab edirdik, çünki bizimlə eyni dildə danışırdı.
Çar ordusunun polkovnik çinlərini daşıyan Mirzə Fətəli belə, yeni əlifbasını Osmanlı sultanına aparmışdı, Ali Baş Komandanı olan çara yox.
Müstəmləkə təbəəsi olan bizlər qırıq, əzik deyildik.
Əziklik onların nəsibi idi.
Bu aqibətdən xilas olmaq üçün onlar hər yola əl atırdılar və bu yolların lap başında namərdlik dururdu.
Cəsurlardan qorxmağa nə hacət?!
Bu dünyada qorxaqlardan qorxmaq gərək...
Nitsşe deyirdi axı: "Bizə acizlər qalib gəldilər"...
***
Söhbət Mirzə Fətəlidən düşmüşkən...
Onun pyeslərindəki erməni obrazlara baxaq...
Mkrtıç, Arakel fağır kəndlilərdi...
Bircə Ohan yüzbaşı "Hekayəti-mərdi-xəsis" var ki, o da cibindən bəylik şəhadətnaməsini çıxarıb bir az əvvəl həbs etdiyi Heydər bəydən şikayət edir: "Yoldaş naçalnik, bu istəyir mənim bəyliyimi batıra".
Heydər bəyin sözü isə təkcə Ohan yüzbaşıya yox, onun xalqına verilən cavabdır: "Zatında şübhə olanlar öz həsəbləri (əsl-nəcabət) üçün şəhadətnamə qayırarlar".
Onların həyat fəlsəfəsi də budur: "Şəhadətnamə qayırmaq".
"Kamança"nın Qəhrəman yüzbaşısı onlar haqqında nə deyirdi?
"Dünyada bir haramzadalıq qalmadı ki, öyrənməmiş olsunlar".
Mirzə "Molla Nəsrəddin" jurnalının birinci nömrəsində eynən belə yazırdı: "Bu nə sirdir ki, erməni-müsəlman davası düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə çıxmağını rəva görtmürdülər".
Hamının bildiyi sirr isə bundan ibarətdir: Onlar şahmat taxtasının piyadaları idi, çarizm fitvası və öz sərsəm arzuları üçün dinc azərbaycanlılara silah çəkəcək qədər haramzada...
Ciblərində zadəganlıq şəhadətnaməsi gəzdirən nökərlər...
***
Təəssüf ki, biz başımıza gələn faciələrdən dərs almağı öyrənmədik.
Əslində, bunu öyrənmək də asan deyildi, çünki biz nökər kimi düşünə bilmirdik.
Biz özümüzü yazıq, zavallı yerinə qoya bilmirdik.
Buna görə də onlar daim bizim kürəyimizi xəncərləyirdi.
Və üst-üstə baş verən bu qədər faciədən sonra belə, bizim xilasımız özgələşməkdə deyil.
"Özünə qayıt, türk oğlu... Sən özünə qayıdanda böyük olursan!"
Böyük Gültəkin abidəsi üzərində belə yazılıbdır.
Hər xalqın öz düşüncə sistemi var, biz özümüzü məzlum kimi təqdim edə bilmirik.
İmperiyalar qurmuş xalqlar nökər rolunu oynaya bilmir.
Lakeylik isə onların boynuna biçilmişdi.
Ona görə də onların hər namərdliyindən sonra belə, biz özümüzə gəlib onlara layiqli cavab vermişik.
Heç bir zaman borclu qalmamışıq.
Riyakarlıqla rəqibin zəif anını gözləməmişik.
İgidlik bizim nəsibimiz və taleyimizdir.
***
Ancaq indi, dünyanın nəhəng dəyişikliklərə hamilə olduğu bir zamanda biz xalqımızın ruhuna bir qandal kimi vurulan bu işğaldan azad olmalıyıq.
Bu məsələ birdəfəlik həll edilməlidir.
Əzəmətli tariximizin mirasını yerdə qoya bilmərik.
Müharibə sülh deməkdir.
Zəfər bizimdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!