Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri - Andrey İvanov
Azərbaycan və Ermənistan sərhədindəki silahlı toqquşmalar daha irimiqyaslı münaqişəyə çevrilə bilər. Və ondan yalnız birbaşa münaqişəyə cəlb edilən iki ölkənin deyil, digər dövlətlərin də zərər görəcəyi təhlükəsi var.
İrəvanın siyasəti həmişə müəyyən məntiqə tabe olub. Bu mənada ki, iqtisadiyyatda uğur qazanmaq mümkün deyilsə, onda hərbi ritorika işə düşür. Ermənistanın indiki baş naziri Nikol Paşinyana böyük ümidlər bəslənilirdi. O, xalq etirazları dalğası ilə və yeni formasiyalar adamı kimi hakimiyyətə gəldi. Lakin hakimiyyəti dövründə cəmiyyətə müsbət heç nə təqdim edə bilmədi.
Əslində, Ermənistan vətəndaşları Paşinyandan iqtisadi artımı təmin edəcəyi və korrupsiyaya üstün gələcəyini gözləyirdilər. Əgər camaat sabahkı günə əminlik, rifahın artdığını hiss etsəydi, onu əlləri üstdə saxlayar, ermənilər dünyanın hər yerindən Ermənistana yaşamağa gələrdilər. Lakin Paşinyan həmyerlilərinə sabahkı günə əminlik yerinə, müharibə təklif edir. Faktiki olaraq, o, bütün sələflərinin getdiyi döyənək olmuş yolla gedir.
Azərbaycanla hərbi münaqişə - Ermənistan rəhbərlərinin hakimiyyəti əldə saxlamaq üçün daxili siyasi problemlərinin sevimli həll üsuludur. Yəni ki, hamımız ümumi düşmənə qarşı birləşməli olduğumuz halda, hansı korrupsiya və iqtsiadi inkişafdan bəhs etmək olar?! Daha kasıb, varlı yoxdur, ümumi mübarizədə hamı bərabərdir və i.
Eyni zamanda, silahlı qarşıdurma İrəvan tərəfindən Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda vacib "kozır" kimi istifadə edilib. Azərbaycan tərəfi həmişə hansısa konkret həll yolları təklif edib. Bakı problemin sülh yolu ilə həllinin lazım olduğu və milliyyətindən asılı olmayaraq, sadə insanların əzab çəkməsinə imkan verməmək düşüncəsi ilə hərəkət edib. Buna görə Azərbaycan problemin həlli yolunda müxtəlif, lakin həmişə konkret addımlar təklif edib.
Lakin Ermənistan heç vaxt kompromisə getmək istəməyib. Və adətən, hər zirvə toplantısından əvvəl Dağlıq Qarabağ ətrafında gərginləşmə başlayıb. Nəticədə, hər zaman danışıqlar problemi ölü nöqtədən tərpətmək haqqında yox, status-kvoya qayıtmaq, yəni sadəcə, şiddətə son qoymaq barəsində gedib. Fakt budur ki, münaqişəni məhz erməni tərəfi dondurub.
Eyni zamanda, xatırlayaq ki, siyasətçilərin vəzifəsi tamamilə başqadır. Siyasətçilərin vəzifəsi xalqlar üçün əmin-amanlığı təmin etməkdir. Onlar istənilən hətta ən xoşagəlməz tərəflə əldən düşənə kimi danışıqlar aparmalı, insanların müharibə alovunda həlak olmasına imkan verməməlidirlər. Və biz çox gözəl bilirik ki, Dağlıq Qarabağla bağlı situasiyada Rusiya Federasiyasının mövqeyi məhz bundan ibarətdir. Uzun illər ərzində o, danışıqlarda vasitəçi kimi çıxış edib. Eyni zamanda, Azərbaycan həmişə dialoq aparmağa və konsensus tapmağa hazır olub. Bundan əlavə, Bakı dəfələrlə situasiyanı ölü nöqtədən tərpədə biləcək olduqca ağlabatan kompromislər təklif edib. Bununla belə, Azərbaycan tərəfi həmişə belə bir prinsipə sadiq qalıb ki, istənilən qərar həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinin dinc inkişafına imkan yaratmalıdır. Lakin gördüyümüz kimi, erməni siyasətçiləri tamamilə başqa prinsiplərin tərəfdarıdırlar.
Aqressiya, yəni hərbi fəaliyyət, silahlardan açılan yayılım atəşi - bunlar siyasətçilərin öz birbaşa vəzifələrinin öhdəsindən gələ bilməməsinin bilavasitə sübutudur. Necə deyərlər, diplomatlar susanda toplar danışır. Onlar üçün sülhü təmin etməyə çalışmaqdansa, silahlı qarşıdurmaya getmək daha asandır. Özü də bütün qarşıdurma illərində Ermənistan həmişə daha üstün mövqedə olub. O, faktiki olaraq, Azərbaycanın suveren ərazisinin beşdə bir hissəsini işğal edib və istənilən danışıqları məhz bu başlanğıc mövqeyindən aparıb. Amma hətta bu da İrəvanın təmkinli davranmasına imkan yaratmadı. Hazırkı gərginlikdə yeni faktor meydana çıxıb, tamamilə yeni. Bildiyimiz kimi, döyüşlər Dağlıq Qarabağ ətrafında deyil, hamı tərəfindən tanınan Azərbaycan ərazilərində gedir. Döyüşlər məhz Ermənistan-Azərbaycan sərhədində gedir. Bax bu "nou-hau" üçün məsuliyyəti Nikol Paşinyan daşıyır. Niyyət sadədir - Azərbaycan hərbçilərini öz ərazisinə cəlb etmək. Belədə, bütün dünyaya cürətlə Ermənistan əleyhinə aqressiya barədə çığırmaq mümkün olacaq.
Beləliklə, İrəvan münaqişəyə KTMT ölkələrini və hər şeydən əvvəl, Rusiyanı cəlb etməyə çalışır. KTMT-ni cəlb etmək cəhdləri əvvəllər də görülmüşdür. Lakin heç kim beynəlxalq birliyin tanıdığı suveren Ermənistan ərazisinə hücum etmək niyyətində olmadığına görə erməni tərəfin arqumentləri inandırıcı görünmürdü. İndi isə təxribatın tamamilə başqa səviyyəsini görürük.
KTMT üzvləri tərəfindən reaksiya, əlbəttə, olacaq, lakin heç də İrəvanın gözlədiyi kimi yox. Bəli, KTMT nizamnaməsinə görə, təşkilatın digər bütün üzvləri müttəfiqi müdafiə etməlidir. Və sanki Ermənistan artıq Rusiya, Qazaxıstan, Belarusiya, Qırğızıstan və Tacikistanı Cənubi Qafqazdakı müharibəyə sürükləməyə yaxındır. Mən təsəvvür edirəm ki, İrəvanda tamamilə donmuş başlar yuxarıda sadalanan ölkələrin hamısının dəstə ilə Azərbaycana necə hücum edəcəyi barədə plan hazırlayırlar. Lakin vəziyyətə ən səthi baxış bunun heç vaxt baş verməyəcəyini anlamağa imkan verir. Əvvəla, Azərbaycan əleyhinə müharibə heç kimə lazım deyil, KTMT üzvlərinin hamısının onunla münasibətləri olduqca yaxşıdır. Əsas odur ki, qarşılıqlı faydalı əməkdaşlıq var. İkincisi, doğrudanmı kimsə yalnız "Kral Tiqran Krallığı"nı bərpa etmək kimi axmaq bir ideya uğrunda döyüşəcək?
Biz isə anlayırıq ki, müharibə yalnız erməni siyasətçilərinə və quduz erməni millətçiliyinin tərəfdarlarına lazımdır. Və nəinki döyüşmək, hətta Ermənistana dəstək üçün fikir bildirən də olmayacaq. Sülhə isə hamı dəvət edəcək.
Üçüncüsü, vəziyyət ona digər qüvvələrin də cəlb oluna bilməsi ilə mürəkkəbləşir. Deyək ki, Türkiyənin imperiya ritorikası ilə bağlı öz ambisiyaları var. Və əgər qalmaqalın təsiri ilə Türkiyə Ermənistan əleyhinə hərbi fəaliyyətə başlasa, Rusiya qarışmağa məcbur olacaq. Amma Türkiyə NATO üzvüdür. Yəni başa düşürsünüz də, hansı potensial nəticələr ola bilər? Onda Ermənistan üçün dəqiq yaxşı olmayacaq.
Lakin mən məsələlərə pessimist baxmıram. Erməni siyasətçilərindən fərqli olaraq, bütün digər dövlət başçılarının çiynində başı var. Hamı təxribatın mənbəyinin nə olduğunu gözəl başa düşür və heç kim bundan məmnun deyil.
İndi isə Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmağa başlaması ilə bağlı arqumentlərinin nə dərəcədə əsaslandırılmış və məntiqli olması sualına qayıdaq. Xatırladaq ki, söhbət guya sərhədi keçdiyi iddia edilən azərbaycanlı hərbçilərlə dolu yük maşınından gedir. Mənsə prinsipcə sualı bu şəkildə qoymaq istəmirəm. Müharibənin xeyrinə heç bir arqument yoxdur və ola da bilməz.
Dünyada hamı başa düşür ki, Azərbaycan heç bir müharibə istəmir və həmişə münaqişənin sülh yolu ilə həlli prinsiplərinə əsaslanıb. Xüsusən Bakı heç vaxt suveren Ermənistan ərazisinə hücum etmək fikrində olmayıb. Doğrudanmı Azərbaycanda kimsə, həqiqətən, Rusiya ilə, eyni zamanda Belorusiya və Qazaxıstanla döyüşmək istəyir? Hə, öz ərazilərini güc köməyi ilə qaytarmağa Bakı potensial olaraq qərar verə bilər. Hərçənd, yenə də son onilliklər göstərdi ki, Azərbaycan rəhbərliyi qan tökülməsini istəməyib. Erməni tərəfi dinləsək, belə çıxır ki, Azərbaycan bir yük maşını dolu əsgərin köməyilə Erməsitanı tutmaq istəyirmiş.
Fikir bulandıran bir şey yoxdu ki? Və bir vacib məsələni də deyim. O, yəqin ki, ən vacib olandır. Təsəvvür edək ki, Azərbaycana məxsus əsgərlərlə dolu yük maşını, həqiqətən, yanlış olaraq, dövlət sərhədini keçib. Bu cür hallar, xüsusən sərhəd bölgələrində, dünyada nadir hal deyil. Bəs ümumiyyətlə, belə vəziyyətlərdə necə reaksiya verirlər? Sadəcə, uzun və yorucu bürokratik prosedurlara başlayırlar.
Hərbi gərginlik planlaşdırılıbsa, başqa məsələ. Bunun üçün səbəb nə oldu ola bilər: yük maşını, azmış çoban, qaçıb sərhədi keçmiş vəhşi heyvan. Nəticə etibarilə, yük maşını gəlib çıxmırsa, onu uydurmaq da olar. Yəni məsələ onda deyil ki, yük maşını olubmu, bundadı ki, erməni siyasətçilərinə böyük müharibə lazımdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!