Bir əsər haqqında düşüncələr... - Elnur Uğur Abdiyev

Yenə bir əsərlə söhbətləşirəm. Kompüterdən oxuduğum bu əsərin əlyazmasını səhifələdikcə monitorda sanki bir ürək cırpınır. Cırpıntıları gözlərimi qırpmadan, nəfəsimi cəkmədən dinlədikcə daha aydın eşidirəm.Bu, vətən təəssübkeşi, ruhunu sözə əsir etmiş şair - Güləmail Muradın ürək cırpıntılarıdır.

"Qayıdış" əsərindən daha yaxşı tanıdığım şairə anam - Güləmail Murad yaradıcılığının leytmotivini vətənpərvər ruhlu əsərlərin təşkil etdiyini cox gözəl bilirəm. Əminəm ki, ilk səhifəsindən oxumağa başladığım bu əsər elə ilk sözdən vətənə sədaqətdən yoğrulan, yurd eşqindən mayalanan bir əsər olacaq. Oxumağa başlayıram...

Kitab müharibənin dəhşətlərinin bədii boyalarla təsviri ilə başlayır. Girişi özünəməxsus təhkiyə ilə başlayan bu əsəri oxuduqca hadisələrdən-hadisələrə kecərkən edilən bədii manevrlər, poetik ustalıq diqqətimi cəkir. Şair "Döyüş yolları" adı ilə oxuculara təqdim etdiyi bu əsərdə Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin Dağ Kəsəməndən - Macarıstana qədər kecdiyi döyüş yolundan söz acır, qəhrəmanını sözdən toxuduğu cələnglə bəzəyir. Əsəri oxuduqca müəllifin sənətkarlığı, formaca dar,məzmunca geniş bir mövzuda hadisələri əhatəli təsvir və tərənnüm etməsi oxucunu cazibəsində saxlayır. Fikirlərin cazibəsindən cıxmaq qeyri - mümkündür.

Oxuduqca oxunan inanclara, sınamalara da yer verilən bu əsərdə bir məqam diqqətimi cəkir, ayrıla bilmirəm.

Uşaq olanda hərəmizin bir ulduzumuz vardı. Ulduz axanda niyyət tutardıq. İnanca görə ulduz axan zaman niyyət tutsaq, niyyətimiz hasil olardı. Və ya bir ulduz axsa idi, deyərdik: kiminsə ulduzu söndu. Qəribədir... İnsan taleyi əvvəl - axır göylərlə bağlıdır. Güləmail ana əsərin bu hissəsində dediyim məsələyə şair gözüylə baxır:

Nənəsi Sayalı deyirmiş ona:

"Göydə hər bir kəsin ulduzu vardır".

O da nənəsindən soruşmuşdu ki:

"Bəs mənim ulduzum, görən, hansıdır?".

Şair ulduz haqda yazaraq sonda Qəhrəmanının ulduzunu yerə endirərək bədii ustalıq nümayiş etdirir. Doğrudan da, hər bir qız bir ulduzdur:

Axırda bu ulduz gözəl qız oldu,

Durdu keşiyində o qızın əsgər.

Nə qədər əsgər var, demək, dünyada,

Mütləq sevdiyinin keşiyin çəkər.

Bu bəndin son iki misrası isə, zənnimcə, bütün müharibə mövzusunda yazılmış əsərlərin ideyası kimi qəbul oluna bilən fikirdir. Bəli, bütün əsgərlər mütləq sevdiyinin keşiyin çəkmək ücün gecə-gündüz səngərdə ayıq-sayıq dayanırlar. Bu sevginin, təbii ki, nüvəsi bir nöqtədədir...

Əsərdə nəzərə carpacaq dərəcədə işlənmiş bədii detallar, bədii dilin elementləri əsərin bədii məziyyətini daha da artırır.

Poema o qədər ustalıqla qələmə alınıb ki, fikri fikirdən, hansısa məcazı digər məcazdan fərqləndirmək fikrində deyiləm. Sadəcə, bu işıqlı Azərbaycan xatununa İlahidən bir arzum var: Gün o gün olsun, işğal altında olan torpaqlarımız azad olunsun. Elə o qələbəmizin də yubileyi ilə bağlı əsərlər yazasınız. Yazımın sonunu Güləmail Muradın qələmə aldığı müqəddəs sözün ixtiyarına buraxır, bu misralarla yazıma nöqtə qoymaq istəyirəm:

Gedib məzarına baş cəkirəm mən,

Astaca üstünə bir gül qoyuram.

Oxucum, əsəri bitirmirəm mən,

Sadəcə, sonuna vergül qoyuram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!