EvdəQal kampaniyası çərçivəsində Marianna Kiyanovska şeir oxudu - VİDEO

 

EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” eksklüziv layihəsində  Ukraynadan  şairə  Marianna Kiyanovska öz şeirini oxudu.
Marianna  çağdaş Ukrayna ədəbiyyatının güclü səslərindəndir. Şairdir, nasir, tərcüməçi, tənqidçi və ədəbiyyatşünasdır.  10 poetik toplunun müəllifidir. “373” adlı şeir kitabı  “İlin şeir kitabı” nominasiyasının qalibi olub. Əsərləri polyak, serb, sloveniya, rus, inigilis, alman, belorus və başqa dillərə çevrilib. “Kiyev çələngi” mükafatının qalibidir. Taras Şevçenko adına Ukrayna Dövlət  Mükafatına layiq görülüb.

Şeiri Allahverdi Şahbazov çevirib.

Marianna Kiyanovskanın şeiri və müraciəti

***

Doğur və batır.
Doğur və batır.
Doğur və batır.
 

Hər dəfə belə...

Günəş ölüm kimidir-
şeirdə
və qıraqda.

Ağlın quşu
nə yuvada,
nə qəfəsdə,
nə əldə

nə gözdədir,
nə də qulaqda.
 

Hardasa lap ortadadır,
lap ortada,

orda.

Gedir və gedir,
uçmur,
oturur,
qalxır.

Hər şey təkrarlanır.

Hamımız üçün bu çətin günlərdə sizi Azərbaycan kanalları vasitəsilə salamlamağa şadam. Sizin hər birinizə dözüm, sağlamlıq, rifah, sevinc arzulayıram. Özünüzü və yaxınlarınızı qoruyun.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!