EvdəQal kampaniyası çərçivəsində Maarya Kanqro şeir oxudu - VİDEO

 

EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” eksklüziv layihəsində  Estoniyadan şairə  Maarya Kanqro öz şeirini oxudu.
Qeyd edək ki, Maarya Kanqro müasir eston ədəbiyyatının tanımış simalarındandır, şair, nasir və tərcüməçidir. Bəstəkar Raymo Kanqro ilə yazıçı Leelo Tunqalın ailəsində anadan olub. Şeirləri iti ağıl və ironik məziyyətlərinə görə diqqət çəkir. “Meymunlar və həmrəylik” (2010) şeir kitabı Eesti Kulturkapital fondunun illik mükafatına layiq görülüb.

Şeiri Sənəm Əli çevirib.

MAARYA KANQRONUN ŞEİRİ VƏ MÜRACƏTİNİN MƏTNİ:

Sonda gəldik biz

Sonda gəldik biz:
qan tökülmürdü artıq, bitmişdi;
ah-vay yoxdu, eşidilmirdi;
tüstü-duman  da çəkilmişdi.

Yaralar sağalmışdı:
ayaq üstəydi yıxılanlar;
yoxdu artıq yoluxma ;
hətta zarafatlaşırdı adamlar.

Əvvəldən tanış idik, doğrudur -
şərab içmişdik dənizlər qədər,
bu əllərlə bölünmüşdü ətirli çörəklər-
biz dost kimi gəldik bu dəfə.

Nitşedən, Avqustindən,
Tilliçdən danışdıq bir az da.
Gecikmişdik doğrudur-
gəzməyə gəlməmişdik amma,
dost əlini havada qoymadıq heç zaman.

Yerini bilirdik hər şeyin-
ən qədim zarafatın və səmimiyyətin.

Müraciət mətni:

Salam Azərbaycan. Tallindən  hər kəsi xoş gördük. Mən hamını əmin edirəm ki,biz gec-tez bu virusa qalib gələcəyik. Ümid edirik ki,  tez olacaq. Amma bu zaman ərzində şeir oxuyun, özünüzü və yaxınlarınızı qorurun. Çox sağ olun.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!