#EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsi davam edir. Bu dəfə tanınmış Oman alimi və ədibi, Oman Mədəniyyət Assosiasyasının rəhbəri Aişə əd-Dərməki şeir oxuyacaq.
Qeyd edək ki, mətni professor İmamverdi Həmidov tərcümə edib.
Əziz azərbaycanlı dostlar!
Bu vacib proqrama Oman şairi Hilal əl-Hicrinin divanından seçdiyim “Həsrət “ adlı bir şeirini oxumaqla iştirak edəcəyəm.
Həsrət
Bilirsən,
bu hündür ağacda bahar həsrətilə oxuyan
göyərçin mənəm,
səhrada girov olmaq istəyən dəvə kimi
sənin həsrətindəyəm.
İndi bu çayın axını ilə getməyə qərar verdim,
onun mənbəyinin axtaracağam.
Mütləq səni orada görəcəyəm,
görəcəyəm ki, paklıq içində yuyunursan.
Və yalnız onda biləcəyəm ki,
cənnətə qovuşdum.
Çox sağ olun. Hamıya salamlar. Oman Sultalığı, Məsqət şəhəri.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!