EvdəQal kampaniyası çərçivəsində Dalmira Tilepbergenova öz şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində   Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsini təqdim edir. Bu gün qırğız şairəsi öz şerini oxudu və Azərbaycanlı oxuculara müraciət etdi. Dalmira Tilepbergenova  tanınmış şair və kinorejissordur. Bişkek Pen Təşkilatının rəhbəridir. Əsərləri bir çox dillərə, həmçinin Azərbaycan dilinə tərcümə edilib.

Təqdim olunan şeiri Səlim Babullaoğlu çevirib.

Dalmira Tilepbergenovanın müraciəti və  şeiri

Salam Azərbaycanlı dostlar! Mən Dalmira Tilepbergenovayam, Qırğızıstandanam. Bu çətin zamanda hamınızı Qırğızıstandan salamlayır, sizə ən yaxşı arzularımı çatdırır və bir şeirimi oxumaq istəyirəm.

Yenidən sevərəm

Günlərin tanış olmayan yaşanmış yükündən,
Ürkək həssaslıqdan  yeganə  sözədək
O qədər sükut, o qədər çıxılmazlıq vardı ki..
O qədər sirli röyalar, pıçıltılar olacaqdı ki...

Ən kiçik, ən adi şeylərdən həyata bəraət hörürəm-
Zamanszılığın qapısı ağıznda-
O yeganə anda  hər şeyi görürəm.
Bu kiçik doğrularla əbədi və əsas şeylərin
Bizi tərk etdiyini bilirəm.


Sanki donmuş hayqırıtıdır.
Dumanlı, çox vaxtı dəyişkən sözlərin ardından
Alışar yenidən ürəyim.
Bitər bu mənasız var-gəl,
Tövbəyçün bükülər dizlər,
İnam  qəddini düzəldər-
Və günah etmədən, yenidən  sevərəm...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!