#EvdəQal kampaniyası çərçivəsində Nikolay Speataru şeir oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində   Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” eksklüziv layihəsində  Moldova şairi  Nikolay Spetaru öz şeirini oxudu.

Qeyd edək ki, Nikolay Spetaru tanınmış Moldova şairi, ədibidir.  Moldova və Rumıniyanın Yazıçı təşkilatlarının, Pen Mərkəzlərinin üzvüdür. Əsərləri onlarla dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. Şərqi Avropanın bir çox ədəbi mükafatlarına layiq görülüb. Moldova Yazıçılar İttifaqının katibidir. Şeiri Səlim Babullaoğlu tərcümə edib.

NİKOLAY SPETARUNUN  ŞEİRİNİN VƏ MÜRACƏTİNİN MƏTNİ:

Səfərdəyəm...

Səfərdəyəm...
Yeriyirəm, daşlardan üzr istəyirəm,

onların inadkar susqunluğundan-

deyəsən bir anlıq da olsa yüngülləşirəm.

 

Səfərdəyəm...
Kofemi içib qurtarıram, sevgilimi öpürəm,

bəzi fikirləri qeyd edirəm tələsik-
vəssalam - gedirəm...

 

Səfərdəyəm...
Ağac əkirəm,
 bir körpəyə sığal çəkirəm,
 vəssalam...


Mən eləcə səfərdəyəm...
Aydın deyil ki?!

Siqaret yandırıram
və istəyirəm ki - əlbəttə mümkündürsə,

bu yuxu uzansın sonacan,

çünki bu mənim yuxumdur,

mənə görün necə bənd olubdur...

Və mənsiz itib-batar əminəm...

Səfərdəyəm,
daşlarla danışıram...

Salam Azərbaycan!

Salam Bakı!
Şadam ki, sizlərə qardaş salamı çatdırmaq imkanım var. Bu- təkcə bizim xalqlarımız üçün deyil, həm də bütün dünya üçün asan olmayan günlərdə sizə möhkəm sağlamlıq, əzm, tükənməz zəhmətkeş enerji, bu pandemiyanı yenəcəyimizə  işıq dolu ümid, inam arzulayıram. Hamınızı səbrli olmağa səsləyirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!