Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti”nin Azərbaycan Dövlət Televizya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri #EvdəQal - “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinin üçüncü günü italyan şairə Laura Qaravaqlia öz şeirini oxudu və Azərbaycan tamaşaçısına müraciət etdi.
Qeyd edək ki, Laura Qaravaqlia1956-cı ildə Milanda anada olub. Komoda yaşayır. Şair, jurnalist, Komo Poeziya Evinin qurucusu və rəhbəridir. “Həyat fraqmentləri”, “Kəpənəklər və daşlar”, “Çəyirdəyin simetriyası”, “Saylar və ulduzlar” adlı şeir kitablarının müəllifidir. Mario Luzi, Antonio Farina ədəbi ödüllərinə, habelə Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının mükafatına layiq görülüb. Əsərləri dünyanın onlarla dilinə çevrilib.
Laura Qaravaqlianın müraciəti və şeiri
Salamlar əziz bakılı, azərbaycanlı dostlar. Mən sizə xoş gördük deyir, bu çətin zamanlarda sizə dözümlü olmağı arzulayıram. Biz inanırıq ki, bütün bu şeylər yaxın zamanlarda ötüb keçəcək. Özünüzü və sevdiklərinizi qoruyun. Biz bu virusu, gözəgörünməz düşməni həm də poeziya vasitəsi ilə məğlub edəcəyik. Indi isə hamınız üçün özümün şeirimi oxuyacağam.
Poeziya
Bəzən sözlər gözə çevrilərlər-
Dünyaya məşəl kimi zillənərlər:
Dərinliklərdə fərqli uzaqlar taparlar;
Amma bəzən də havadan asılı qalarlar,
Və baxa bilməzlər həyatın künc-bucağına.
Amma indi sözlər işıq şüalarında
uçuşan toz kimidirlər.
Təqdimat və tərcümə: Sona Səlimli, Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!