Nitsşe deyirdi... - Cəlal Bəydilinin təqdimatında

 

Bir xalq o zaman məhv olur ki, öz mənşəyindən törəməyən ideala doğru can atır.

***

Biz həqiqəti sınaqdan keçiririk...

Ola bilər ki, bundan insanlıq ölsün...

***

Bütün yazılmışların içində ən çox qanla

yazılanı sevərəm. Qanla yaz…

***

Cənnətdə də maraqlı adamların heç biri yox.

***

Dünya tarixi böyük cinayətlər və

cinayətkarlar tarixidir.

***

Dünyada heç nə insanı kin bəsləmə

duyğusu qədər yıpratmaz.

***

Elə dəyərliymiş zaman;

anladım hey tələsməyim də bundan...

***

Əgər büt olmağı bacarmırsansa,

gərəkdir məğrurca baş endirəsən.

***

Əxlaqa toxunan dərhal ləkələnir.

***

Əxlaqsızlıq həmişə əxlaq libasına

bürünməkdən xoşlanar.

***

Əql insanlığın evini yıxdı.

***

Ən güclü zərbə gözlənməyən yerdən gəlir.

***

Ən insani davranış bir insanın utanılacaq

vəziyyətə düşməyinin qarşısını almaqdır.

***

Gənc birini pozmağın ən yaxşı yolu ona onunla

eyni cür düşünəni fərqli düşünəndən daha

çox saymağı öyrətməkdir.

Görər gözüm yoxdur bağışlamağı bacarmayanları.

***

Heç vaxt ağlayan kəslərə gülməyin.

Amma bəzən gülənlərə ağlayın.

***

İncəsənət! Yalnız incəsənət! İncəsənət bizə verilib ki,

 həqiqətin əlində ölməyək.

***

İnsan qəhqəhələrlə güldüyü zaman,

qabalığı ilə bütün heyvanları geridə qoyur.

***

İnsan dostunu düşmənindən daha çətin əfv edir.

***

Kimisə günahlandırarkən unutma ki,

irəli uzatdığın əlinin üç barmağı sənin özünü göstərir.

***

Köləsənsə əgər, dost olammazsan;

əgər tiransansa - dostların olmaz.

***

Qələbəlik dedikləri qayəsiz yaşamaq istər...

***

Mənə yalan söylədiyinçün üzülmədim;

üzüldüm ki, bundan sonra sənə inana bilməyəcəyəm.

***

Məni öldürməyən nə var hamısı mənə güc verir.

***

Musiqi ilahəsi səslərlə deyil,

sözlərlə danışsaydı, hamı qulağını tutardı.

***

Nə qədər yüksəliriksə,

uçmaq bilməyənlərə o qədər kiçik görünürük.

***

Nədən bu qədər sərtsən? - kömür almaza dedi,

 - məgər yaxın qohum deyilikmi biz?!.

***

Ona görə Allah öldü ki, biz şərrin tərəfinə keçdik...

***

Özünü dərk etmiş biri öz-özünün cəlladıdır.

***

Sənə təriflər yağdırdıqları müddətcə, aman,

zənn eləmə ki, öz yolunla gedirsən;

başqasının yoluna çıxıbsan...

***

Sivilizasiya tərəfindən yox edilmə təhlükəsiylə

qarşı-qarşıya olan bir sivilizasiya çağını yaşayırıq.

***

Uçmağı bacarmırsansa,

uçurum kənarında yuva qurma.

***

Uçurumlar sevənin qanadları olmalı.

***

Yalnız insandır qravitasiyaya qarşı dirəşən;

elə hey istəyir ki, yuxarı düşsün.

***

Yüksək dağlarda buzlar içində

könüllü yaşamaqdır fəlsəfə.

***

Zorla ala biləcəyin bir haqqın

sənə verilməsinə izn vermə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!