Gələcəyimiz öz əlimizdədir - Çingiz ABDULLAYEV

Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın görüşü olub.

 

İlk dəfədir ki, belə bir formatda açıq diskussiya keçirilir. Əslində, mən yanılmışam. Diskussiya olmadı. Mənim ölkəmin rəhbəri sadəcə, intellektin populizm üzərində birinciliyinin, sağlam düşüncənin isə demaqoqluq üzərində nə olduğunu göstərdi. Hətta onların yanaşı oturmaları mənə toxundu. Keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərindən birinin tələbəsi, rus və ingilis dillərində əla bilən və rus və ingilis dillərində pis bilən, universitetdən xaric olunan "xalq tribunu". Mən tarixi reallıqlardan danışmıram. Sadəcə bir fakt. Dünyada heç kim Dağlıq Qarabağı tanımayıb, o cümlədən də Ermənistan. Azərbaycanın ərazisi bütün dövlətlər - BMT üzvləri  tərəfindən tanınıb və dünyanın heç bir xəritəsində (ancaq qonşu dövlətin xəritəsi istisna olmaqla) Azərbaycanın daxilində müstəqil anklav göstərilməyib. Hətta erməni kütləvi informasıya vasitələri heç adekvat görünməyən öz nazirlərinə rişxənd edirlər. O vaxtdan demək olar ki, iki həftə keçib. Bakı həyətlərində deyərdilər ki, "davadan sonra yumruqları oynatmazlar". Diskussiyanı uduzduğunu başa düşən və ümumi ostrakizmə düçar olan qonşu ölkənin naziri özünün təbliğat kampaniyasına başladı, Dağlıq Qarabağa çatanda, populist fikirləri ilə çıxış etdi. Onda onun mövqeyi nədir? Bizim prioritetimizin vacibliyi.  Amma intellektual potensiala sahib olmaq, güclü, müasir orduya sahib olmaq qədər vacibdir. İyirmi birinci əsrdə dünya başqa cür olacaq. Qladiator döyüşləri intellektual disputlarla əvəz olunacaq. Ümumi dünyagörüşü, intellekt, savadlı olmaq, bir çox dillərə yiyələnmək, sosial şəbəkələrdən istifadə bacarığı, internetin əlverişliliyi - birinci plana çıxır. Bu unudulmaz diskussiyada ölkəmin rəhbərinin öz opponentindən daha yaxşı çıxış etməsi mənim üçün fərəhli idi.  Doxsanıncı illərin əvvəllərini yada salıram. Ali Sovetdə Ermənistan tərəfdən qəzəbli natiqlər və bizim dinməz-söyləməz nümayəndə heyəti. Həqiqəti müdafiə edən bir neçə nəfər istisna olmaqla, yerdə qalanlar sadəcə "nömrələrini çəkirdilər". Biz istənilən intellektual münaqişəni demək olar ki, tez-tez uduzurduq.  Zaman dəyişib. Bizim Xarici İşlər nazirimizin erməni jurnalistləri ilə təyyarədə necə söhbət etdiyini yada salaq. Bu, o cür şəraitdə özünü necə aparmalı olduğuna dair bir nümunə idi. Bəlkə bir daha hər bir ailədə bizim uşaqlarımızın tərbiyəsi və təhsili haqqıında fikirləşək? Müxtəlif dillərə yiyələnməyin, internetdən istifadə bacarığının, oxu vərdişinə alışmağın vacibliyi haqqında. Bizim gələcəyimiz öz əlimizdədir. Seçim bizimdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!