Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz... - Vasif Süleyman

Şamxal Rüstəm haqqında

 

Bir dəfə onun haqqında yazmışdım ki, indi haradadır, nə iş görür, düzünü özündən savayı bir kimsə bilməz. Onu görənlər də soruşanda elə -yerlə-göyün arasındayam, deyir. Amma indi dəqiq bilir ki, yerdədir, torpaqla nəfəs-nəfəsədir...

Su kimi saf poeziyası ilə çoxlarının ürəyində taxt qurmuş gözəl şair Şamxal Rüstəm haqq dünyasına qovuşdu. Bir şeirində

Nə adla minmişdik bu qayığa biz,

Niyə düşünmədik bir azca qabaq.

Yenə dəli olub bu dəli dəniz,

O tay da uzaqdı, bu tay da uzaq,

- deyib.

İndi Şamxal Rüstəmi tapmaq üçün o tayla bu tayın arasında qalmalısan. Onun ən böyük bəlası özünə biganəliyi idi.

Və onu da deyib ki:

Dünya bənzər bir qalacıq bürcünə,

Sığınmışam bir balaca küncünə.

Bu dünyanın ölümü var min cürə,

Mən görəsən tuş olacam hansına.

Elə də oldu. Şəmkir rayonunun Dəllər qəsəbəsində ata ocağında, qısıldığı bir küncdə haqqa qovuşdu.

Məkanın cənnət olsun, şair.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!