Bəzən elə an gəlir ki, o vaxt seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından...
Qonağımız
Mübariz Örəndir
- Poeziya, yoxsa proza?
- Proza, proza, proza...
- Rəsm, yoxsa heykəltəraşlıq?
- Rəsmin ifadə vasitələri daha genişdir.
- "Molla Nəsrəddin", yoxsa "Füyuzat"?
- "Molla Nəsrəddin".
- Oxu tar, yoxsa oxuma tar?
- Oxusun, sarı simə toxunsun, amma zilə çıxmasın.
- Folkner, yoxsa Heminquey?
- "Qoca və dəniz"
- Ənənə, yoxsa müasirlik?
- Müasirlikdən xoflanmayan ənənə.
- Elm, yoxsa din?
- Saramaqo.
- Aşıq musiqisi, yoxsa muğam?
- Hər ikisinin əlası.
- Sartr, yoxsa Kamyu?
- Kamyu.
- Teatr, yoxsa kino?
- Kinonun texniki imkanları nə qədər geniş olsa da, teatrın yaratdığı effekt, təsirat daha güclüdür.
- "Məhşər", yoxsa "İdeal"?
- "Məhşər"
- Düma, yoxsa Coys?
- Coysu bilmirəm, amma Düma...
- Realizm, yoxsa postmodernizm?
- Gün doğub, səhər açılıb.
- Hüseyn Cavid, yoxsa Cəfər Cabbarlı?
- Cavid.
- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?
- İnsanlıq üçün.
- Heca vəzni, yoxsa sərbəst?
- Necə gəlibsə, elə.
- Dostoyevski, yoxsa Tolstoy?
- Ah... Tolstoy.
- "Əsərlərimi yandır" - deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod?
- Kafka Kafkadı.
- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?
- Elə bir insan tapılmaz ki, həyatında bircə dəfə də olsa Parisi görmək istəməsin. Amma bütün yollar Romaya aparır.
- Oxucunun istəyi, yoxsa müəllifin diktəsi?
- Müəllifin istəyi.
Hazırladı:
M.AĞAOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!