DİLEMMA - Xalq yazıçısı Elçin seçim edir

Müasirlik ənənənin davamıdır

Bəzən elə an gəlir ki, seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından... 

Qonağımız xalq yazıçısı Elçindir

 

- Poeziya, yoxsa proza?

- Baxır yerinə.

- Rəsm, yoxsa heykəltəraşlıq?

- Sənət əsəri.

- "Molla Nəsrəddin", yoxsa "Füyuzat"?

- Hər ikisi. Yəni onları birləşdirən amal.

- Oxu tar, yoxsa oxuma tar.

- Aydın məsələdir ki, "oxu tar" Ancaq ümid edək, hətta inanaq ki, "oxuma tar"ı da konyuktura yox, siyasi romantika yaratmışdı və o dövrün gənc şairini lənətləməyək.

- Folkner, yoxsa Heminquey?

- Folkner.

- Ənənə, yoxsa müasirlik?

- Müasirlik ənənənin davamıdır.

- Elm, yoxsa din?

- Elm.

- Aşıq musiqisi, yoxsa muğam?

- Baxır yerinə.

- Sartr, yoxsa Kamyu?

- Onları qarşı-qarşıya qoymaq istəməzdim.

- Teatr, yoxsa kino?

- Teatr.

- "Məhşər", yoxsa "İdeal"?

- "Teleqram".

- Düma, yoxsa Coys?

- Baxır yaşa.

- Realizm, yoxsa postmodernizm?

- Yaxşı əsər.

- Hüseyn Cavid, yoxsa Cəfər Cabbarlı?

- Onları da qarşı-qarşıya qoymazdım.

- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?

- "Don Kixot", "Romeo və Cülyetta", "Anna Karenina"… sənət üçündür, yoxsa xalq üçün?

- Heca vəzni, yoxsa sərbəst?

- Yaxşı şeir.

- Dostoyevski, yoxsa Tolstoy?

- Tolstoy.

- "Əsərlərimi yandır" - deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod.

- Kafka. Ancaq Brodun xəyanəti olmasaydı, Kafka da olmayacaqdı.

- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?

- Əvvəlcə Bakı, sonra Paris.

- Oxucunun istəyi, yoxsa müəllifin diktəsi?

- Baxır oxucuya və müəllifə.

 

Hazırladı: Mirmehdi AĞAOĞLU


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!