Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən növbəti mənzillər sahiblərinə təhvil verilib.
Milli Mətbuat Günü” ərəfəsində istifadəyə verilən binanın açılışında Prezident İlham Əliyev iştirak edib. O jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. Prezident Azərbaycanın şərəfli mətbuat tarixindən və bu peşənin sahiblərinə dövlət tətərfindən verilən dəyərdən söz açıb.
Daha sonra 255 jurnalistə yeni mənzillərinin açarları təqdim olunub.
Evlə təmin olunan mətbuat nümayəndələri sırasında yazıçı və şairlər də var. Ədəbiyyat adamlarından Səfər Alışarlı, Fəxri Uğurlu, Əsəd Cahangir, Seyfəddin Hüseynli, Ülfət Kürçaylı, Adil Mirseyid (ailəsi), Fərid Hüseyn, Kənan Hacı, Bəsti Əlibəyli, Qulu Ağsəs, Əkbər Qoşalı və digər qələm adamları yeni mənzillə təmin olunanlar sırasındadır.
Qeyd edək ki, “Ədəbiyyat qəzeti”nin iki əməkdaşı – Sərvaz Hüseynoğlu və Aydın Əbilov da mənzil alan mətbuat nümayəndələrindəndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!