20 Yanvar, 26 fevral və 31 mart tarixləri müasir tariximizin təqvimində qara pəncərələrdir. Biz hər dəfə həmin pəncərələrdən baxıb gələcək üçün lazım olan dərsləri almalı, ibrət götürməliyik. Şair, publisist Babullanın qəzetimizin ötən sayından etibarən təqdim etdiyimiz yazıları məhz bu məqsədi güdür, yaddaşımızı təzələmək üçündür.
İstər Azərbaycanda, istərsə də Ermənistanda yaşayan, xalqımızın taleyini düşünənlərin kütləvi surətdə "soyqırımı" başlandı. Ötən əsrin 30-cu illərinin qanlı repressiyaları millətçi erməni daşnaklarının əcinnə məkri ilə tariximizə qanla yazıldı...
O illərdə Azərbaycanda daxili işlər nazirinin müavini, Ermənistanda isə daxili işlər naziri işləmiş X.Qriqoryanın, əvvəlcə Azərbaycanda daxili işlər nazirinin müavini, sonra isə daxili işlər naziri işləmiş A.Markaryanın və onların yüzlərlə əlaltılarının bilavasitə rəhbərliyi, göstərişləri, Azərbaycan SSR XDİK-nin müstəntiqləri Qalustyanın, Asaturovun, Sumbatovun və digər erməni daşnaklarının təhriki, yaxından iştirakı ilə, bu "cinayət orkestri"nə "drijorluq" edən Mikoyanın rəhbərliyi altında Azərbaycanın 30000-dən çox fədakar ziyalısı kütləvi surətdə məhv edildi...
...1929-cu ilin fevralında Zaqafqaziya İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Muxtar Republikasının bir kəndi ermənistana verildi.
1935-ci ildən başlayaraq Ermənistanda tariximizi yaşadan Azərbaycana məxsus toponimləri, orominləri, oykonimləri və hidronimləri kütləvi surətdə dəyişmək, onları daşnak xisləti ilə erməniləşdirmək, qiymətli maddi-mədəniyyət nümunələrini dağıtmaq kampaniyasını təcili surətdə həyata keçirməyə başladılar...
Bu dövrdə İrəvan (Yerevan), Gümrü (Yeniməkan), Qarakilsə (Kirovakan), Ağababa (Amasiya), Gözəldərə (Martuni), Basarkeçər (Vardenis), Vedı (Ararat), Qəmərli (Artaşat), Zəngibasar (Masis), Toğluca (Krasnoselsk), Hamamlı (Spitak), Allahverdi (Alaverdi), Dərələyəz (Yexeqnadzor), Axtı (Çarensevan), Kəvər (Kamo), Qurdqulu (Oktemberyan), Mollagöyçə (Maralin), Mehri (Meqri), Karvansara (İcevan), şəhərlərinin və yüzlərlə digər yaşayış yerlərinin adları dəyişdirildi...
İrəvandakı Körpüqulağı, Təpəbaşı, Hacı Novruzəli, Qalo məscidləri, Sərdar qalası, onlarca karvansaralar, rayon və kəndlərdəki ziyarətgahların, türbələrin, məscidlərin əksəriyyəti dağılıb viran edildi. Ən qədim qəbiristanlıqlar yer üzündən silindi...
Zəngibasar və Qarabağlar rayonları ləğv edilib erməni rayonlarına qatıldı. Azərbaycan dilində fəaliyyət göstərən təhsil və mədəniyyət ocaqlarının əksəriyyəti bağlanıldı...
...1955-ci ildə Bakıda keçirilən məhkəmə prosesində istintaq subyekti kimi oxunan Azərbaycan xalqının ən qəddar düşməni X.Qriqoryanın atasına yazdığı məktubda 100 nəfər azərbaycanlının ağır işgəncələrlə güllələndiyini, 500 nəfərin isə güllələnmək üçün növbədə saxlanıldığını böyük fəxrlə göstərməsi daşnak cəlladlarının əsl xislətindən xəbər verirdi.
Ötən əsrin 30-cu illərinin sonunda demək olar ki, erməni millətçiləri "beynəlminəlçi - kommunist" qiyafəsində xalqımızın intellektual potensialının məhvinə yönəltdikləri təxribatlar, sui-qəsdləri istədikləri kimi başa çatdırdılar. Əl-qolları tamamıilə açıldı. Onların təbirincə, əsas məsələyə keçmək vaxtı yetişmişdi...
... Mikoyan da, öz növbəsində, "sükanında əyləşdiyi daşnaksutyun gəmisi"ni "Böyük Ermənistan limanı"na doğru istiqamətləndirirdi. Dünyanın hər bir guşəsinə səpələnmək üçün ən iyrənc niyyətlər yüklənmiş bu gəminin "Stalin aysberqi"nə toxunmaması da birinci növbədə Mikoyandan asılı idi... Çünki erməni daşnaklarının son məqsədi dünyanı əsarətə almaqdan ibarət idi... Bunun üçün daşnaklar dünyanın ən fövqəlbəşər dövlətləri SSRİ, ABŞ və Fransada hakimiyyəti zəiflətməli, rəhbərliyi ələ keçirməli idilər. Bu dövlətlərin qarşısıalınmaz hərbi arsenalı hesabına öz çirkin əcinnə əməlləri ilə dünyanın bütün insanlarına zülm etməyi qarşılarına məqsəd qoymuşdular...
Dünyanın ən hiyləgər dasnakı A.Mikoyan XX əsrin ən qorxunc diktatoru Stalinin süfrələrarxası mərasimlərindəki təlxəkliyi, "mələk donunda" çıxardığı oyunbazlıqlar Stalinin qəzəbinə tuş gəlmə ehtimalını azaldırdı...
...İkinci Dünya müharibəsinin başlanması daşnakların məkrli niyyətlərini bir qədər də olsa ləngitdi...
...1943-cü ildə Tehran konfransı zamanı müharibədə İran dövlətinə dəyən ziyanların araşdırılması kontekstində SSRİ - İran əlaqələri geniş müzakirə edildi. Mikoyanın əvvəlcədən işlədiyi "proqram" əsasında və onun hiyləsi ilə, B.Molotov İrana yardım üçün "İranda yaşayan ermənilərin Azərbaycana köçürülməsi" məsələsini irəli sürür. İşin gedişində Mikoyan "Azərbaycan üçün qurulmuş bu daşnak tələsi"ni "daşnak ixtiraçılığı" ilə bir qədər də "təkmilləşdirir"...
...Mikoyan - Arutunyan (Arutunyan o zaman Ermənistan KP MK-nın 1-ci katibi işləyirdi) cütlüyü bu məsələni əsl "daşnak məcrası"na yönəldir. Nəticədə son qərar qəbul edilir. İranda yaşayan ermənilər Ermənistana, bunun müqabilində isə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər. Lakin erməni əcinnələri məşvərət keçirərək müxtəlif bəhanələrlə bu məsələni bir qədər də yubatmaq "planlarını" daha da "təkmilləşdirmək" və müharibənin qələbə səmtini tam dəqiqləşdirdikdən sonra "inamlı addım atmaq" qərarına gəldilər...
...Müharibənin nəticəsi hər iki halda onlar üçün sərfəli idi. Çünki erməni daşnakları Birinci Dünya müharibəsində olduğu kimi, hər iki cəbhəyə işləyirdi.
...Sarkisyan tərəfindən faşizmə satılmış Qaragenin milli qəhrəman kimi təqdim olunub ona abidə ucaldılması deyilənlərin sonuncu bariz nümunəsidir.
Saysız-hesabsız belə misallar çox çəkmək olar...
...Nəhayət, 23 dekabr 1947-ci il tarixində Mikoyanın hazırladığı "Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi barədəki qərarı Stalin imzalayır. İlkin şərtlərə görə, köçkünlər dağlıq ərazilərdə yaşadıqlarından Şuşa, Qəbələ və digər dağlıq rayonlara köçürüldülər. Bu məsələ, ələlxüsus Şuşada azərbaycanlı köçkünlərin məskunlaşması yenə də erməni əcinnələrin ürəyincə olmadı!.. Çünki bu cür məskunlaşma Dağlıq Qarabağda daşnaklara sərf edən demoqrafik göstəriciləri pozurdu. Bu da, öz növbəsində, gələcəkdə "Böyük Ermənistan" yaradılması yolunda maneə olacaqdı... Ona görə "Mikoyan-Arutunyan cütlüyü" yeni hiyləyə əl atdılar. Onlar Stalinə "subut etdilər ki", Ermənistandan Azərbaycana köçürülən Azərbaycanlılar dağlıq bölgələrdə, o cümlədən Dağlıq Qarabağda məskunlaşsalar bu, Sovet iqtisadiyyatına məhvedici zərbə olacaq, M.C.Bağırov Ermənistandan gələn azərbaycanlıların Dağlıq Qarabağda məskunlaşmasını bilərəkdən edir ki, aran rayonlarında pambığı becərən və yığan az olsun. Ona görə Stalin "Mikoyan-Arutunyan proqramı"nı bəyənib Ermənistandan köçən azərbaycanlıların ancaq Kür-Araz boyu rayonlarda məskunlaşması üçün sərəncam verdi. 10 mart 1948-ci ildə köçürülmə şərtləri imzalandı. 1948-ci ildə 10000, 1949-cu ildə 40000, 1950-ci ildə 50000 Azərbaycanlı öz qədim torpaqları olan Qərbi Azərbaycan ərazisindən köçürülməli idi. Lakin bu deportasiya 1952-ci ilə kimi uzanaraq köçkünlərin sayı 150000 nəfəri ötdü.
"Faciəli didərginlik dövrünün yeni dözülməz illəri başlandı... Misli görünməmiş qəddarlıqla deportasiya edilən soydaşlarımızın xeyli hissəsi isti iqlim və pis məişət şəraitinə dözməyib vəfat etdilər.
Bütün dövrlərdə erməni millətçiləri hər vasitə ilə çalışırdılar ki, törətdikləri cinayətlərin izlərini imkan daxilində itirsinlər, onlara sərf etməyən məlumatların yayılmasına yol verməsinlər. Bunun üçün istədikləri arxiv sənədlərini əldə etməyə və yaxud "aradan çıxarmağa" nail olsunlar. Bu məsələni də daşnaklar çox ölçüb biçmişdilər. Təsadüfi deyil ki, 1920-ci ildən 1947-ci ilədək Bakıdakı Respublika Baş Arxivlər İdarəsinin rəis müavinləri Bülnəzəryan, sonra isə Şahnəzəryan olmuşdular...
Azərbaycanda Sovet hakimiyyəti qurulduğu vaxtdan ötən əsrin 80-ci illərin ortalarına kimi respublikanın həlledici idarəetmə orqanlarında, dövlət əhəmiyyətli müəssisələrdə çalışan katibələrin, referentlərin, köməkçilərin, ümumu şöbə müdirlərinin 80 faizi erməni əcinnələrinin nümayəndələri idi...
...İkinci Dünya müharibəsindən sonra Mikoyan xeyli aktivləşmişdi... Stalinin etimadını qazandığına görə "erməni faktoru"nu ön plana çıxarmışdı. Stalinlə olan "məşvərətləri"nin birində Mikoyan NATO-nun zəiflətməyin zəruriliyndən və bunun üçün SSRİ-nin möhkəmləndirilməsinin vacibliyindən söz açdı. Bu təklifdən məmnun olan Stalin Türkiyəyə təzyiq göstərərək, NATO-nun hərbi bazaları yerləşdirilən Türkiyənin ərazisindəki Şərqi Qars əyalətlərinin Ermənistana verilməsi məsələsini irəli sürdü. Türkiyəyə təzyiq göstərilsə də, erməni əcinnələrinin bu bəd niyyəti də baş tutmadı. Stalinin qəfil ölümü erməni millətçilərinin bu məkrli niyyətlərini puç etsə də, SSRİ məkanında, ələlxüsus ermənilər arasında "Mikoyan amili"ni ön plana çıxardı. Belə əlverişli şərait erməni millətçilərini tam qane edirdi. Mikoyanın adı dünya siyasət meydanlarında hallandırıldı. Ermənilər tanınmağa başlayırdılar. Daşnaklar artıq səs-küy qopara bilərdilər. Bu dövr əsasən erməni millətçilərinin dünyanın hər yerində genişmiqyaslı "kadrlar hazırlamaq" - daşnak emissarları göndərmək vəzifəsini qarşılarına məqsəd qoymuşdular. Bütün bu "əməliyyatlar" katolikos tərəfindən məharətlə idarə edilirdi: ABŞ-dakı, Fransadakı imkanlı ermənilər maliyyə işlərini öz öhdələrinə götürmüşdülər. Erməni əcinnələri terrorçuluğu həlledici vasitə kimi ön plana çıxardılar. Lakin terrorçuluq tamamilə pərdə arxasında icra edilməli idi. Bu məqsədə nail olmaq üçün birinci növbədə "erməni xalqının dünyada ən qədim əzabkeş xalq" olmasını, Türkiyə tərəfindən guya "erməni soyqırımının törədilməsini zor gücünə də olsa sübut etməyə çalışırdılar. Son nəticə olaraq "Erməni terror təşkilatı" ABŞ konqresinə müzakirə olunmaq üçün 1985-ci ilin dekabr ayında təqdim etdikləri bədnam qətnamədə aşağıdakı tələbləri qoymuşdu.
- Türkiyə dövləti varisi olduğu Osmanlı İmperiyasının "Erməni soyqırımını əvvəlcədən düşünülmüş şəkildə törədilməsini boynuna alsın;
- Dünyanın bütün dövlətləri ermənilərə qarşı "soyqırım" faktını, ermənilərin ərazi hüquqlarına qəsd kimi qəbul etsinlər;
- ABŞ öz müttəfiqi Türkiyə ilə olan dostluq mövqeyindən əl çəksin, Türkiyəni məcbur etsin ki, öz ərazisinin bir hissəsini "Böyük Ermənistan dövləti" yaratmaq üçün ayırsın və qətnaməni qəbul etsin!!?
...Bu qətnaməni əcinnə-millətçi erməni terrorçuları 20 ilə yaxın idi ki, ciddi hazırlayırdılar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!