Dərin mənalı uşaq kitabları... - Bu kitabların əsl mənasını yalnız böyüklər dərk edə bilər

Corc Bernard Şou belə söyləyirdi: "Ən yaxşı uşaq kitabları əslində böyüklər üçün yazılıb". Həqiqətən, hamı tərəfindən oxunan, sevilən uşaq kitablarının dərinliyində böyük məna qatı gizlənir. Edebiyyatqazeti.az onlardan bəzilərini sizə təqdim edir.

Lüis Kerrolun "Alisa möcüzələr diyarında" kitabının məna qatını krassvord kimi çözmək mümkündür.

Kitabın hər səhifəsi bədii allüziyalarla, riyazi tapşırıqlarla, siyasi çıxarışlarla zəngindir. Nağılın sitatları ətrafında isə böyük fəlsəfi diskusiya keçirmək mümkündür. 

 

Elvin Bruks Vaytın "Şarlottanın toru" kitabı ilk baxışdan heyvanlar haqqında yazılmış mehriban əsərə bənzəyir.

Əslində isə kitabın məna qatı zamanla daha çox tənqidçiləri öz ətrafında toplaya bilib. 

Coan Roulinqin "Harry Potter"inin oxucuları isə elə personajları ilə bərabər böyüyürlər. Müəllifin yartdığı sehrli dünyaya bütün yaşlarda qayıtmaq istəyirsən.

Bunu etmək isə çətin deyil. Sadəcə oxunmuş kitabı bir daha oxumaq yetər ki, insan yenidən sehrli aləmə düşə bilir.

 

Riçard  Adamsın "Təpənin sakinləri" kitabının baş qəhrəmanları olan dovşanlar öz nitqləri, mifoloji dünya görüşləri, fəlsəfi, mənəvi mülahizələri ilə diqqət çəkirlər.

Baxmayaraq ki, müəllif kitabı azyaşlılar üçün yazıb, amma kiçiklərlə onların anlayacağı tərzdə intellektual səviyyədə dil tapmağı bacarıb.

Qəhrəmanların başına gələn hadisələr isə asan deyil.

 

R.Kiplinqin "Cəngəllik kitabı" və onun baş qəhrəmanı olan Mauqli ilk baxışdan cəngəllikdə heyvanlar tərəfindən tərbiyə almış kimi görünsə də, əslində kitab istənilən yerin - hətta cəngəlliyin belə özünün qanunlarının olmasını oxucuya çatdırır. 

 

Alan Aleksandr Miln, Boris Zaxoder "Vinni Pux və hər şey" kitabı.

Bu kitabı müəllif  oğlunun yumşaq oyuncağı haqqında yazıb.

Biz burada real  insani keyfiyyətləri daha çox görəcəyik. Kitabın incə yumorunu zamanla, yaşın artdıqca dərk edə bilirsən. 

 

Ceyms Barrinin "Pitter Pen" kitabı heç vaxt böyümək istəməyən oğlan haqqındadır. Həqiqətə vardıqda - daima uşaq qalmaq istəyi əslində böyüklüyün məsuliyyətindən qaçmaq deməkdir.

Müəllif böyüməyin həm də elə məsuliyyət olduğunu oxucuya çatdırmaq istəyir. Müəllif böyüməyin qorxulu olmadığını balacalara təlqin edərək - hamı gec və ya tez böyüyəcək, deyir.

 

 

Mark Tvenin "Tom Soyerin macəraları" kitabı.

Ərköyün oğlandan bəhs edən bu kitab istənilən oxucunu yenidən uşaqlıq illərinə qaytara bilər. 

 

 

Ceyms Krüsun "Tim Taler və yaxud satılmış təbəssüm" kitabı olduqca dərin anlamları özündə daşıyan kitabdır.

Öz təbəssümünü maddi əşyalara dəyişən, daha doğrusu satan oğlan haqqında povestdir.

Daha çox "Doktor Faust"un uşaqlar üçün yazılmış variantına bənzəyir.

İstənilən halda, bu kitab gerçək, əsl dəyərlərin maddi dəyərlərlə heç vaxt tərəzinin gözündə bərabər olmamasını insana xatırladır. 

 

Mixael Endenin "Əbədi hekayə" kitabının qəhrəmanı Bastian özünü bədbəxt hiss etdiyindən meylini kitablara salır.

Bir kitabın hadisələrinin içinə daxil olan qəhrəman özü də bilmədən yaratdığı fantaziya dünyasında xilaskara çevrilir.

Amma nağılda belə özündən qaçmaq mümkün deyil.

Əsərin sonunda Bastianın bədheybət üzərində çaldığı qələbə əslində özü üzərində çalınan qələbə ilə eyniləşdirirlir.

Əsərin qəhrəmanı  düşüncələri, kədəri, bədbəxtliyi üzərində qələbə çalmağı bacarır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!