Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edildi - "Qırmızısaçlı qadın"

Ədəbiyyat üzrə Nobel mükafatçısı, məşhur türk yazıçı Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edilib. 

Edebiyyatqazeti.Az xəbər verir ki, "Qırmızısaçlı qadın" romanı "Xan" nəşriyyatında işıq üzü görüb. Romanın tərcüməçisi Sərdar Amindir.

“Qırmızısaçlı qadın” romanı satışa çıxarıldıqdan iki həftə sonra Türkiyədə yenidən nəşr edilib. Avropanın bütün şəhərlərində böyük oxucu kütləsi qazanan yazıçının bu romanı iki həftə ərzində 250 min nüsxə tirajla çap olunub.

Roman dünyanın 10-larla ölkəsində nəşr edilib. 

Qeyd edək ki, Qırmızısaçlı qadın” romanı otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə məktəbli bir gəncin yaşadığı sarsıdıcı eşq hekayəsindən və bu eşqin onu böyük bir cinayətin arxasınca sürükləməsindən bəhs edir.

Roman gənc qəhrəmanın məhəbbət, qısqanclıq, məsuliyyət və azadlıq duyğuları ilə yanaşı, həm də nüfuz və fərd olma məsələlərini müzakirə edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!