“Ədəbiyyat qəzeti”nin sabahkı sayında nələr var? - ANONS

“Ədəbiyyat qəzeti”nin növbəti sayını sabah səhər saatlarından etibarən paytaxt və regionlarımızın köşklərindən əldə edə bilərsiz.

Edebiyyatqazeti.Az 03 iyun 2017-cı il sayında dərc olunacaq mətnlərin anonsunu təqdim edir: 

Qəzetimizin sabahkı sayında xalq şairi Nəriman Həsənzadənin və Məmməd İsmayılın "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana açıq məktubları dərc edilib.

Eyni zamanda bu sayımızda oxuculara “Ədəbiyyat qəzeti”nin “Dördüncü divar” layihəsində Samirə Əşrəfin xalq artisti Mərahim Fərzəlibəyovdan aldığı maraqlı müsahibə təqdim olunacaq.

Digər layihəmiz olan “Öz əsərini danışdır” çərçivəsində Hədiyyə Şəfaqət şair Emin Piri ilə müəllifin“Sağ qalan varmı?” kitabı ətrafında söhbət edib.

Yazıçı tərcüməçi Əyyub Qiyas bizi növbəti Nobel mükafatçısı ilə bir daha yaxından tanış edəcək. Yazıçı bu dəfə Xuan Himenes və onun əsərlərindən söhbət açacaq.

Mətanət Vahid “Ağacların yuxusunu danışan” adlı mətnini təqdim edəcək.

Nargis “Mən indilərimin qapılarından qovulan qadın idim artıq” deyir...

Rüstəm Kamal "Mirzə Cəlilin lüğət oyunu"ndan bəhs edən yazısı ilə qarşınızda olacaq.

Tənqidçi Əsəd Cahangir “Sözümüzün suqavuşanı” yazısında Sona Vəliyevanın şeirlərindən söz açacaq.

Mirmehdi Ağaoğlu oxuculara həmkarı Ayxan Ayvazın “Buri” kitabından danışacaq.

Kənan Hacı bu dəfə oxucularla “Tanrının ruhu” adlı yazısı ilə görüşəcək.

“Şedevr və özgələşmə tarixindən nümunələr” silsiləsi davam edir: Nadir Bədəlov daha bir maraqlı araşdırma mətni ilə qarşınızdadır.

Yazar Azər Qismət “Ədəbiyyat qəzeti” oxucularına “Kədərli Hans Andersen”ni təqdim edir.

Digər bir maraqlı mətn isə Xuraman Hüseynzadədən gəlir: “Dəniz məzarlığına səyahət”

Məhəmməd Turan “Ömrünü yurda həsr edən şair – Məzahir Hüseynzadə”dən danışacaq.

Ədəbi tənqidçi Vaqif Yusifli “Hekayədən hekayəyə” mətnini təqdim edir.

Məti Osmanoğlu sözünü “Vaqifin abidəsi önündə” deyəcək.

Qəzetimizin bu sayında professor Nizami Cəfərovun xalq yazıçısı Elçinin yaradıcılığı haqqında silsiləsindən növbəti yazısı ilə tanış olacaqsız.

Günel Eyvazlı “Xalqın xarakterindən xəbər verən faktorlar – Dil və təsvir”dən söz açır.

“Ədəbiyyat qəzeti”nin poeziya bölməsində Dilsuz bu dəfə şair Özdəmir Asəfdən şeir çələngi gətirəcək.

Sayman Aruz isə Xaqani Şirvaninin “Meratül-səfa”sını şərh edir.

“Osman Hamdi bəyin İstanbul hanıməfəndisi”... Xatirə Nurgülün bu yazısı da qəzetimizin sözügedən sayında yer alacaq.

Bütün bunlarla yanaşı “Ədəbiyyat qəzeti”nin sabahkı sayında müxtəlif sənət sahələrinə həsr olunmuş digər poetik və prozaik nümunələrlə də tanış ola biləcəksiz. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!