Bu gün məqaləsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək istədiyim filoloji elmlər doktoru, professor Yuri Mosenkis, Ukrayna Ali Təhsil Akademiyasının Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, elmi məqsədi Ukrayna, Türkiyə, Qafqaz və Balkan dili mədəniyyətlərinin öyrənilməsi olan Ukrayna Elm və Mədəniyyət Tarixi (Pontus İnstitutu) İnstitutunun qurucusu, beynəlxalq aləmdə də yaxşı tanınan, əsas mövzularından biri türkolojinin öyrənilməsi və təbliği olan "Dil və tarix" jurnalının təsisçisi və baş redaktorudur. Yeri gəlmişkən onu da deyək ki, nəşrə başladığından bu günə qədər "Dil və tarix" jurnalının səhifələrində Azərbaycanla bağlı bir sıra məqalələr dərc olunmuşdur.
Avrasiyanın qədim sivilizasiyalarının yaranmasında türklərin rolunu araşdıran tədqiqatçılardan biri olan Mosenkis, qədim müəlliflərin əsərlərində yer alan əski zamanlarda Qara dəniz sahilində türklərin varlığı haqqında (Herodotla başlayan) və proto-slavyan dillərində türk təsiri ilə bağlı yeni faktlar aşkara çıxarmış, türk-şumer dili əlaqələrinin hipotezini inkişaf etdirmiş, Qafqaz türk dillərində, türk-skif problemi ilə bağlı yeni fikirlər irəli sürmüşdür.
Hələ neolit çağlarından Avropada, Şərqi və Cənub-Şərqi Asiya, Amerika və hətta Avstraliyada makro-türk dil ailəsinin təsirləri, türklərin və qədim Aralıq dənizi folklorundakı yeri və dil məsələlləri və s. Mosenkisin tədqiqat sahələridir.
Oxuculara təqdim olunan bu məqalədəki elmi fikirlər, müəllifin 1989-2018-ci illər arasında otuz illik elmi tədqiqatlarının qısa şərhi də sayıla bilər: Aradan keçən bu illər ərzində türkolojinin əsas problemlərinə yeni bir çözüm təklif olunmuş, gələcək elmi araşdırmalar üçün geniş perspektivlər müəyyən edilmiş, lullubeylər adının etimoloji təfsiri Qədim Azərbaycanda şumerlərin mövcudluğunu sübut etməyə imkan vermiş, Şimali Qara dəniz türkləri haqqında (skiflər ilə mümkün əlaqələr) qədim müəlliflərin verdiyi məlumatlarla da təsdiqini tapan türkizmin varlığı ilk dəfə elmi dəlillərlə isbatlanmışdır.
Məmməd İSMAYIL
Yuri Mosenkis
Avrasiyada ilk sivilizasiyaların genezisində qədim türklərin və Azərbaycanın rolu
1. Modern türkolojinin makro mədəniyyət problemləri
Müasir türkoloji tədqiqatının ən mühüm və perspektivli sahəsinə fikrimizcə, aşağıdakılar daxil edilməlidir:
- dilin aqlutinativ sisteminin xüsusi dayanıqlığı ilə əlaqədar türk dillərinin struktur sabitliyi problemi;
- Avrasiyanın qədim tarixində prototürk və qədim yazılı türk dillərinin yeri, xüsusilə, qədim Şərq dövlət quruluşu və mədəniyyətinin formalaşmasında prototürklərin iştirakı (Hələ XIX əsrdən bəlli olan) şumer və türk dili münasibəti, türk və şümer dillərinin harmoniyası, eyni zamanda şümer dilində görülən şümerdən əvvəlki dil qatı ilə türk dil əlaqələrinin ümumi xüsusiyyətləri;
- Sibirdə var olan qədim nivix, ayn, çukot-kamçatka, eskimos-aleyut dilləri ilə türk dillərinin qohumluq əlaqələri;
Altay dillərinin Amerikanın yerli hindu dilləri və Sibir protoaltayların paleo-hindu dillərinin identifikasiyası və eyni zamanda Altay dillərinə yaxın olan Avstraliya və Amerika yerli dilləri paralellərinin mövcudluq səbəbləri;
- Skif və slavyan dillərində türkizmin izləri, qədim tarixçilərin ifadə şahidliyi ilə Antik Şimali Qara dəniz sahilində (günümüz Ukrayna) türklərin varlığı;
- neolit Avropasında türk-monqol komponenti və progerman dilinin türk-monqol alt qatları ilə əlaqəsi;
- ən əhəmiyyətli qədim türk mifoloji surət və şəkillərin genezisi, xüsusiylə bütün Avrasiyada yayığın olan Göy Tenqri kutu və ona yaxın olan şəkil və adlar: (Şümer Dingiri (Tanrısı)"ulduz", "Tanrı", qədim Çin Tiyanın "göy", Polinezyanın Tangaroa "göy-tengri");
- qədim türklərin müqəddəs dövlətçilik ənənələri və Qərbi Avropadan Yaponiyaya ən yaxın paralellər.
2. Türk tarixinin az bilinən səhifələri
Qədim türk sivilizasiyasının görkəmli tədqiqatçısı L.N.Qumilyovun vurğuladığı kimi insanlıq tarixində qədim türklərin dəyəri böyük idi, lakin bu xalqın tarixi hələ də yetərincə yazılmamışdır.
Akademik N.Y.Marr (1864-1934), 1933-cü ildə Türkiyədə keçirilən ilk dil qurultayında etdiyi "Aralıq dənizində türklər, onların tarixi və Avropa mədəniyyətinə verdikləri töhfələr" adlı məruzəsində türklərin qədim dövrlərdən Aralıq dənizi çevrəsində olmaları və onların Avropa mədəniyyətində qədim dünyanın maddi və mənəvi mədəniyyəti təməllərinin atılmasında iştirakını danılmaz dəlillərlə sübut etmişdir.
1933-cü ildə İzmirdə etdiyi məruzəsində, Marr vurğulamışdır ki, daha sonrakı tədqiqatlar nəticəsində Aralıq dənizi tarixinin - Avropa sivilizasiyasının beşiyi olduğu sübuta yetirilmişdir: "Biz, şübhəsiz ki, bu sivilizasiyanın yaradıcıları arasında türkləri, türk dilinin şanlı rolunu və türklərin tarixinin işıqlandığını görəcəyik".
Türkiyə səfərində Marra görkəmli türkoloq, akademik A.N. Samoyloviç yoldaşlıq etmişdir.
Marr uşaqlığından türk dilini bilmiş və ona ilk gəncliyindən maraq göstərmişdir. O, vurğulamışdır ki, tarixi sənədləşdirilmədə Aralıq dənizini türksüz, türkü Aralıq dənizsiz təsəvvür etmək mümkün deyil.
Fikrimizcə, müasir təkrar düşünmədə, həmçinin Azərbaycan Elmlər Akademiyası fəxri üzvü, elamit dili və qədim Midiya dönəminin tədqiqatçısı İ.İ.Meşaninovun və Qədim Azərbaycan tarixinin tədqiqatçısı və Şimali Qara dəniz türklərinin var oluşunu araşdıran Yampolski (1911-1981) elmi miraslarını da nəzərdən qaçırmamaq gərəkməkdədir.
3. Türklər, Şümer və Elam
Böyük paleoetnoloq qədim yazıların şifrəsini çözən və tərcüməçi (Hittitologiyanı ilk dəfə dünyaya tanıdan) B. Qroznıya görə şumerlər Miladdan əvvəl VI minillikdə Türkistan və Qazağıstanın cənub bölgələrində yaşamışlar... Şumer dilində bir tərəfdən Altay və türk-tatar dil xüsusiyyətləri, digər tərəfdən - bəzi Hind-Avropa xüsusiyyətləri mövcud olmuşdur. Şumer dilində yalnız türkdili deyil, həm də türk dilinə yaxın olan monqol dilinə uyğunluqları ayrıd etmək mümkündür.
Türk-şumer münasibətlərinin müasir tədqiqatçıları, o cümlədən, O.Süleymenov da neçə il əvvəl aşkar edilmiş yolu davam etdirirlər.
Fikrimizcə, Y.B.Yusifovun tədqiqatlarının əhəmiyyət kəsb edən əsas özəlliyi şumer mətnlərində xatırlanan Aratta ölkəsinin Altayla eyniləşdirməsi və Assuri mənbələrində də vurğulandığı kimi turukkilərin miladdan öncə II minilliyin əvvəlində Urmiya gölünün çevrəsində yaşamış türklər olduğunu vurğulamasıdır. Tədqiqatçıya görə Altay sözü olan aratta "dağ" və alateye "dağlıq ölkə" kəlmələri ehtimal ki, Altay dilində danışan və Azərbaycanda yaşayan turukki və digər qəbilələrin dilləri əsasında ortaya çıxmışdır. Onlar artıq miladdan öncə III minillikdə Mesopotamiyanın əhalisi ilə əlaqə saxlamışlar. Nəhayət, türklərin əfsanəvi ata-baba evi Mesopotamiyanı şumerlərdən və xürritlərdən əvvəl burada yaşamış olanları Subar adlanbdırdıqları bilinməkdədir.
4.Lullubeylər - qədim Azərbaycanda şumer etnosumu?
Azərbaycan Elmlər Akademiyasının akademiki İ.Əliyev qədim lullubey xalqının Cənubi Azərbaycan torpaqları tarixində xüsusiylə mühüm rol oynadığını vurğulayır. Lullubeylər şumerlərlə yaxın əlaqədə olmuşdular. Bu etnosun adı fikrimizcə, çoxluğu-cəmi təmsil edir, (bu çoxluq bi şəkilçisi sadəcə gürcü və meqrel dilində deyil, eyni zamanda elam dilində də mövcutdur), ikiqat kök olan lu-lu- şumer dilində "insan" deməkdir. Bu, qədim Azərbaycan ərazisində şumer etnik elementinin mövcudluğuna daha bir sübutdur.
Elam dilində "göy" kuk, kikdir. Bilindiyi kimi kök sözü qədim türk dilində əbədi mavi göyü ifadə edir. Elam dilində hal sözü "ərazi", "ölkə", "dövlət" mənasını verdiyi kimi də qədim türk dilində "xalq", "dövlət" anlamını ifadə edirdi.
5. Türklər, xurritlər və kassitlər
Xurrit-Urartu dilləri ilə (Miladdan öncə III-I minilliklərdə Suriya, Mesopotamiya və Ermənistanda yayğın olan) Türk dili paralelləri əvvəllər də qeyd olunmuşdur. Biz bundan əvvəl Avrasiya dil xəritəsində arxeologiya və arxeogenezislə əlaqədar Xurrit -Urartu dillərindəki problemləri daha əhatəli bir şəkildə araşdırmışdıq. Leksikonun daha mühüm elementləri olan "baş", "ayaq", "qan", "su" və digər sözlər aşkarlanmış və onların Xurrit-Urartu və Türk dillərində ortaq olduğu aşkar edilmişdir.
Kassitlərin (Bu qəbilə Miladdan öncə II minillikdə 600 il Mesopotamiyanı idarə etmişdir) dilində "göy" da-gigi(- yuxarıda baxın. Elamit dili və türkdillərində olduğu kimi) adlanır. Qəbilənin adı Kissioi - türk ki? "adam" sözünə çox yaxındır . Türk dillərinə paralel olaraq Kassit sözləri "baş", "ulduz" və s. göstərə bilirik.
6. Türklər və qədim Kiçik Asiya (Anadolu)
Məşhur tatar alim və siyasətçisi M.Z.Zakiev tərəfindən qeyd edildiyi kimi, qədim türk toplumunun Yaxın Şərq və Kiçik Asiya coğrafiyasında olmadığı və ilk türklərin bu yerlərə yalnız Miladdan sonra XI əsrdə gəldikləri haqqında rəsmi tarixi elmi fikirlər həqiqəti əks etdirmir və kökündən yanlışdır.
Ən əhəmiyyətli elmi problem, qədim Şərq sivilizasiyalarının inkişafı zamanı Kiçik Asiya (müasir Türkiyə) ərazisində qədim türklərin olmasıdır. Miladdan öncə II minillikdə Anadolunun dominant dili burada güclü imperiya yaratmış - hititlərin dili idi. Hitit dilindəki Hind-Avropa dillərində olmayan bir sıra qədim sözlərin, Turk-monqol dillərində paralellərini tapmaq mümkündür. Amma bildiyimiz kimi, elmi çevrələrdə Kiçik Asiyada Hitit və Hind-Avropa dillərindən əvvəl daha qədim dil olaraq -xatt dili qəbul edilmişdir. Hutt dilində kutu "ruh" elam dilindəki kiten sözü "Tanrının fövqəlbəşər gücü" ilə eyni mənanı daşıyır. Altaik paralelliklərə malik olan bu söz, türk dilində ruhu, bəxtiyarlığı, Koreya dilində şaman ayinlərini ifadə edər. Forma və məna baxımından Türk dillərinə yaxın olan Hutt dilindəki li- şəkilçisi ilə qrammatik paralelliklər də diqqətədəyərdir.
Diqqəti çəkən başqa bir cəhət isə Kiçik Asiyanın qədim dilləri ilə türk adlarının qarşılıqlı əlaqəsidir.Qədim türk runik yazılarında türk etnonimi "güclü, güvvətli" mənasına gəlir. Mahmud Qaşqarlının "Divani luğat-it-türk" əsərində də eyni anlamda işlədilmişdir. Bu söz Kiçik Asiyadakı Hind-Avropa sakinlərinin (Hitit-Luvian) ən böyük ilahilərindən birinin "güclü, qüdrətli" mənasını verən Tərhinin adına da uyğun gəlir.
Folklor yazışmaları da ciddi maraq doğurur. Homerın "Odisseya"sı və "Şərq" (Kiçik Asiya) qaynağının epik "Alpamış" dastanı paralellikləri bu əsərlərin son dərəcə yaxın olduğunu göstərməkdədir...
7. Altay dil qrupunda türk dilləri
Türk, monqol və tunnus dilləri ilə Koreya və Yaponiya dillərinin qədim və dərin əlaqəsi var. İndi adlarını çəkdiyimiz bu beş dil Altay dil ailəsini təşkil edir. Bu əlaqələrin sıxı bir davamlılığı mövcuddur: Məsələn, yapon rəng adları sir- "ağ", ak- "qırmızı", kur "qara" türk adları saryuq "sarı" ak "bəyaz", (ümumi mənası "qırımızı" və "bəyaz", "parlaq" olan sözlər Maya hindularının dilində ak "parlak" mənasına gəldiyini təsdiq edir.) Kara dağ söz birləşməsi türk dilində "kara dağ", yapon dilində kuro-dake olur. Bundan başqa, bəzi türk-yapon dili paralelləri Austronesian (Malayo-Polineziya) dilləri ilə də geniş uyğunluq göstərir. Misal üçün: Türkcə tay "dağ" - qədim yapon dilində dake "dağ" - İndoneziya dilində isə dake "dağa qalxır." kimidir.
Avrasiyanın antik tarixində (bir bütün olaraq Altay dil ailəsi) Türk dil qrupunun rolunu anlamaq üçün, Hind-Avropa dilləri ilə müqayisədə Altay dillərinin daha erkən ayrışmış olduğunu vurgulamaq gərəkir. Xüsusi bir fonetik sabitliyi, qrammatik dil bilgisi səbəbiylə türk və diğər Altay dilləri minillərdir bənzərsiz istiqrar və güvənlik sərgiləyir.
Türk (geniş mənada-Altay) dilində (hətta Ural, Cənubi Hindistanın dravid dili və Qafqaz kartveli dil daxil olmaqla) Hind-Avropa dillərindən arxaik sözlər daha çox qalmışdır. Elə buna görə də məsələn, türk dilləri ilə Amerika hindularının dillərində paralellər tapmaq daha perspektivlidir(Bu barədə aşağıda fikir bildiriləcək).
8. Şərqi Asiyadan hərəkət edən Paleo hindularının prototipləri
Türk dilləri ilə paralellərin önəmli bir qismini türk dilləri ilə Amerika hindu dilləri arasında körpü olan çukçi-kamçatkalıların dilləri təşkil edir.Xüsusilə adları çəkilən Şərqi Sibir dillərində "göy", "dağ", "gün", "oğul" və s. türk sözləri var.
Asiya və Amerika arasındakı dil körpüsü yönündə başqa bir Şərqi Asiya xalqı olan, nivixlərin dili ilə türk dili bağlantıları da göz önünə alınmalıdır. Şərqi Sibir və Yaponiyanın başqa bir yerli xalqının- ainulərin dili də türk diliylə əlaqəlidir. Misal üçün, Ainu dilində tapka i etok "zirvə", unti "od, alov", ekurok "siyah, qara", ukuran "axşam", kap "qabıq" və s. hər hansı bir türk dilinin daşıyıcısı olan bu sözlər ana dilinə çox yaxın olan kəlmələrin asanlıqla hiss olunacaq göstəricisidir.
Avropa, Asiya və Amerika Buzlu okean ətrafının dil və mədəniyyət dünyasını təmsil edən kökləri daş dövrünə və hinduların Asiyadan Amerika qitəsinə köçlərinə qədər uzanan Eskimo-Aleutların dillərinin Altay dilinə yaxınlığı ilə bağlı araşdırmalar müasir tədqiqatlarda xüsusi əhəmiyyət daşıyır.
Mayaların (Mərkəzi Amerika) dilində, yalnızca ayrı-ayrı kəlmələr deyil, söz birləşmələri də türk dilini xatırladır, məsələn, ias kin "gənc günəş" örnəyində olduğu kimi.Türk və Amerika hindularının dillərindəki məlum bənzərliklərə yeni örnəklər də əlavə etmək mümkündür.Məsələn, atsteklərin dilində (Meksikada qədim hindu sivilizasiyası yaradıcıları) var olan təpə "dağ", soci "çiçi "çiçək" sözcüklərinin türkçəyə uyğunluğu danılmazdır.
Amerika hindularının qədim bir sıra söz formaları, məsələn: *k'ara "qara", *ila "torpaq", *Oti "od" *hini "günəş", *iyala "ilan" *kuti "vücudun arxası" örnəklərində danılmaz türk paralelləri var.
Bundan əlavə, türk dili paralellərini hətta 50 min il bundan əvvəl Avstraliya qitəsinə yerləşmiş aboriginelərin dillərində də tapmaq mümkündür. Gəlin, 300-dən çox dili təmsil edən və qitənin böyük bir coğrafiyasına yayılan Pama-Nyunyan dil ailəsinin materiallarına müraciət edək. Misal üçün: Burada waki "ak" (Türkçə ak "ağ"dır) kiki "ulduz" (Türkcə gok "göy"dür), kuljany "ilan" və jalany "dil" (Türkcə jilan "ilan"dır), kungulu "qan" (Türkcə kan "qan"dır).
Beləcə deyə bilərik ki, türk dillərinin çox arxaik kökləri mövcuddur. Bu köklər Avrasiya əhalisinin Amerikaya köçlərindən on beş min il, Avstraliyada isə əlli min əvvələ gedib çıxır.
9. Qədim Qərbi Avropada türk dilləri
Məşhur Ukrayna dilçi akademik A.V.Malovicko bu sahədə ilk fikir bildirənlərin biri kimi mənşəyi məlum olmayan alman sözləri arasında Türk-monqol elementləri olduğuna diqqət çəkdi. Sonra bu işləri biz davam etdirdik. Daha qədim dildən borc alınmış almanca kəlmələrdəki türk dili elementləri; "yan", "sümük", "bədən", "qan" kimi sözcüklər yeni dildə daha qədim nüfuzun dil qalıntısıdır.
10. Qədim Şimali Qara dəniz bölgəsindəki türklər və Proto-slavyan dillərində türkizm
Günümüzdə İssık kurqanında (Miladdan öncə birinci minilliyin ortaları) tapılan türk yazısı, türk dillərinin yazılı qeydlərini qədim dünyanın tarixi ilə sinxronlaşdırır.
Herodot, Pliny və Pomponius Melanın qədim Şimali Qara dəniz şəhərlərində türklərin varlığı ilə bağlı yazdıqları böyük tarixi əhəmiyyətə malikdir.
Söhbət Miladdan öncə V əsrdə yaşamış yunanların Turkaı əvəzinə yanlışlıkla lurkaı adlandırdıqları atlı qəbilələrdən gedir. Bu qəbilə Miladdan sonra birinci əsrdə Turkaı adlandırılırdı.
Heredot skiflərlə bağlantılı olan "qara paltar" geyən melankenlər haqqında yazdıqdan sonra türklərlə eyniləşdirdiyi iyrukilə əlaqədar fikirlər söyləyir. Melanken adı "qara paltar" anlamına gəlir.Bu ad Özbəkistandakı Karakalpak ("qara papax"), Azərbaycanda və qonşu ölkələrdə qarapapax ("qara papax"), Kiyev Rusda (XII-XIII) "qara qalpax" və Karakalpak türk etnosu ilə eynilik təşkil edir.
Qədim türk-slavyan əlaqəsi problemləri (Proto-slavyan dövründə, yəni Miladdan sonra V əsrdən gec olmayaraq) fənlərarası elm kimi müasir türk araşdırmaları işığında təftişini tələb edir. Belə ki, ən əhəmiyyətli mədəniyyət termini olan kuinig "kitab" sözünü qədim slavyanlar türklərdən almışlar. (Qədim türk sözü olan küiniv sözü başqa formada macar dilinə də keçmişdir).
Proto-slavyan dillərindəki gəmi adları da türk dillərindən alınmışdır.
Fikrimizcə, proto-slavyan türkizminin izlərini hər şeydən əvvəl prototürklərin skiflərin, sarmatların, sonralar isə hunların tərkibində olması ilə şərh edilməlidir.
Nəticələr
Beləcə deyə bilərik ki, türk dilləri daş dövründən dədələrinin Hindu Amerikasına köç etdiyi zamanlardan başlayaraq Avrasiyanın geniş ənginliklərini (Avropa daxil olmaqla) tutan daha böyük linqvistik orqanizmin əsas hissəsidir. Şərqi Asiyanın müxtəlif dillərinin türk yazışmaları paleo-hinduların inkişaf yoluna danılmaz bir sübutdur.
Qərbi Avropada turk-mongol dil qalıqları (progerman substratı şəklində) yalnızca skiflərin tərkibində türklərin iştirakını deyil (progerman dilinin parçalanması ilə sinxronlaşdırılır), həm də daha qədim dövrlərdə proto-türk dil daşıyıcılarının Qərbi Avropada var oluşunu əks etdirir. Sonuncu ehtimal prototürk-monqol genetik kodunun Qərbi və Mərkəzi Avropa mədəniyyətlərinin daş və neolit dövrlərində var oluşunun başqa bir sübutdur.
Baxmayaraq ki, şumer, elam, kassit, xurrito-urartu dillərinin genetik kimliyi mübahisəli olmaqda davam edir. Amma bu mübahisələr adlarını çəkdiyimiz dillərdə türkcəyə bənzər bir sıra mühüm sözcükləri də ortaya qoyur.
Kiçik Asiyadakı (Anadolu) türk elementinin qədim linqvistik varlığı məsələsinin həlli üçün, yalnız hititlərin deyil, türk dilli ilə hutt dilinin paraleli, eləcə də türk etnosunun mümkün hitit əlaqələri paralelini araşdırmaq böyük əhəmiyyət kəsb edir.
Yuri Mosenkis
professor
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!