Mövlud Mövludun anım günüdür

 

İntihar

Kimse duymadan ölmeliyim

Ağzımın kenarında

Bir parça kan bulunmalı.

Beni tanımayanlar

"Mutlak birini seviyordu" demeliler.

Tanıyanlarsa, "Zavallı, demeli,

Çok sefalet çekti.."

Fakat hakiki sebep

Bunlardan hiç birisi olmamalı.

                                     Orhan Veli

 

Mövlud... Mövlud...


On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir.

On yeddi saniyə. Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin - heç kim bəlkə də bilməyəcək.

Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.

Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.

Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.

Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.

Arxanca baxıram və sən hələ də uçursan.

Mövlud… Mövlud…

Kamal Abdulla

 

 

Əzab çəkirəm, aşkım!

Gözəl anam, biricik aşkım!

Niyə belə oldu? Kim idi günahkar? Kimlər idi bütün bu baş verənlərin səbəbkarı?

 

Sənin oğlun dərdli adamdı. Hələ də bu üzüboz şəhər onun həssaslığından bir qırıq qopara bilməyib. Hələ də ayağı qırılmış at üçün səhərə qədər ağlaya bilərəm.

 

Saçın tökülür, ağarır, üzün qırışır, gözlərindən kədər yağır. Hər dəfə sənin gözlərinə baxanda elə bilirəm ayaqlarımı, əlimi bədənimdən kəlbətinlə dartıb çıxarırlar. Əzab çəkirəm, aşkım, əzab çəkirəm!

(Son əlyazmalarından)

 

 

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!