1 noyabr 2026-cı il tarixindən etibarən “Ədibin Evi” Mir Cəlal adına növbəti - VI Hekayə Müsabiqəsini elan edib. Hekayələrin qəbulu 2027-ci il martın 1-dək davam edəcək. Həm peşəkar, həm də həvəskar yazıçılar müsabiqədə iştirak edə bilər.
Müsabiqəsinin şərtləri dəyişməz qalır: təqdim edilən hekayələr
- Azərbaycan dilində yazılmalı;
- həcmi 1500 sözdən çox olmamalı;
- yeni olmalı, əvvələr çap və ya elektron şəkildə yayılmamalı;
- süni intellektdən istifadə edilmədən yazılmalıdır.
Hekayələr müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birlikdə 2027-ci il martın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməlidir.
Hekayə mövzusu sərbəstdir.
Mükafat fondu:
1-ci yer üçün 3000 AZN;
2-ci yer üçün (2 nəfər) 2000 AZN;
3-cü yer üçün (3 nəfər) 1000 AZN.
Müsabiqəyə 2027-ci ilin aprelin sonunda yekun vurulacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
