Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun xüsusi mükafatı təqdim olunub

 

Oktyabrın 17-də Kişineuda (Moldova) "Quadrat" Beynəlxalq Ədəbiyyat Festivalının ikinci günü B.P.Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasında Səlim Babullaoğlunun "Rumın yazıları" kitabının rumın ədəbi ictimaiyyəti üçün təqdimatı keçirilib. Tədbirdə Moldova, Rumıniya, Türkiyə, Macarıstan, Slovakiya, İspaniya, Ukrayna, Bolgarıstan, İtaliyadan tanınmış ədiblər, ədəbiyyatşünas alimlər iştirak ediblər.  Təqdimat tanınmış moldovalı şair, yazıçı, ədəbiyyatşünas-alim Qriqore Kiperin moderatorluğu ilə gerçəkləşib.

Tədbirin sonunda Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun "Ədəbi əlaqələrə töhfələrə" xüsusi mükafatı təqdim olunub.

Mərasimdən sonra Babullaoğlu Moldova radiosuna müsahibə verib

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!