Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib

 

Tanınmış Azərbaycan şairi Qulu Ağsəsin "Bircə rəng var - AG" şeiri ABŞ-də dərc edilib. https://maskomania.com/to-write-gulu-agses/

Los-Ancelosda fəaliyyət göstərən "Maskomania News" adlı nəşr müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi təhlil platforması olsa da, mədəniyyətə də yer ayırır. Yazıçı və tərcüməçi Kamran Nəzərlinin ingiliscəyə çevirdiyi şeir "Ədəbiyyat qəzeti"nin son - 18 sentyabr 2026-cı il tarixli sayında işıq üzü görüb.

Xatırladırıq ki, sentyabr ayında Qulu Ağsəs haqqında "A poet fits a world into few words" ("Az sözə bir dünya sığdıran şair") adlı məqalə çap edən "Maskomania News" şairin adına ayrıca səhifə də açıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!