Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli yazıçı-dramaturq Elçin Hüseynbəyli nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Abay İnternational Poetry Academy tərəfindən təqdim olunan mükafat “Abay Kuananbayev Qızıl Medalı” adlanır. Bu medal ədəbiyyat xadimlərinə dünya ədəbiyyatının inkişafına verdiyi mühüm töhvələrə və əldə erdiyi önəmli nailiyyətlərə görə verilir.
Qeyd edək ki, Beynəlxalq Akademiyanın prezidenti Uluqbəy Esdövlət tərəfindən imzalanmış diplomu və medalı Elçin Hüseynbəyliyə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təqdim edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
