Zümrüd quşunun yol yoldaşı - Barat VÜSAL

 

Qaldırdı tarixin yerdən başını

Üstündə olandan övlad nəzəri.

Minib qanadına "Zümrüd quşu"nun,

Qaytardı taxtına "Atabəylər"i!

 

Böyük adamlar özləri ilə birgə hamını böyüdür. Milləti böyüdür, xalqı böyüdür. "Vətən! Vətən! deyən şair ürəyi Vətənin ən böyük ərazisidir!" söyləyən xalq şairi Nəriman Həsənzadə də belə böyük şairlərdən, böyük sənətkarlardan biri idi. "İnsan dahi olar insan yanında!" məşhur aforistik fikir də ona məxsusdur. Və həmin böyüklüyə, ucalığa xidmət edirdi. "Nə vaxt yetişirsə böyük sənətkar, hər xalqın şöhrəti o vaxta düşür", deyərək o, millətimizə, xalqımıza, bütün türk dünyasına, bütövlükdə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə təzə şan-şöhrət qazandırdı.

"Dünyaya gəlməyim xəbərsiz oldu, dünyadan gedişim xəbərsiz olmaz", deyirdi. Dediyi kimi də oldu. Gedişindən hamı xəbər tutdu, gedişi bütün sənətsevərləri sarsıtdı.

Allah ustadımıza rəhmət eləsin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!