Professor Həbib Babayevin arxivini vərəqləyərkən
1920-1950-ci illərin birinci yarısı Azərbaycan bədii-poetik təfəkkürünün Baş komandanı statusunu daşımış Səməd Vurğun yaradıcılığı bir əsrdən artıqdır ki, dünyanı fəth etməkdədir. Odur ki, onun haqqında nəinki Azərbaycan alimləri, həm də digər xalqların sənət və ədəbiyyat nümayəndələri - şairlər, yazıçılar, dramaturqlar, elm və mədəniyyət xadimləri ardıcıl olaraq çoxsaylı yazılarla çıxış etmişlər. Əlbəttə, Səməd Vurğunla bağlı yazılmış kitab, material, məqalə, elmi-tədqiqat işlərinin ümumi siyahısının yalnız adı heç irihəcmli kitablara sığmazdı. Elə buradaca kiçik bir haşiyə çıxaq ki, 1976-cı ildə Bakıdakı "Azərnəşr" nəşriyyatında Azərbaycan və rus dillərində "Vurğun qəlbimizdədir" ("Vurqun v naşix serdüax") adlı həcmcə kiçik, məzmun baxımından zəngin kitabça istedadlı Azərbaycan şairi və mütərcimi Vilayət Rüstəmzadə tərəfindən "Könüldən könülə" ("Ot serdüa k serdüu") adlı Ön sözlə oxuculara təqdim olunmuşdur. Kitabda o vaxtkı Sovetlər İttifaqının tanınmış ədəbi simalarının S.Vurğuna həsr etdikləri fikir və dəyərləndirmələri yer almışdır. Onların sırasında rus müəllifləri - Aleksandr Fadeyevin, Nikolay Tixonovun, Mixail Şoloxovun, Pavel Antokolskinin, Yuri Libedinskinın, erməni Avetik İsahakyanın, qazax yazıçısı Muxtar Auezovun və b. mülahizələri verildikdən sonra, Nikolay Tixonovun özünün "Azərbaycan dəftəri" adlı poetik məcmuəsində yerləşdirdiyi "İki görüş" Tofiq Bayramın; Konstantin Simonovun "Dostum Səməd Vurğunun Londondakı ziyafətdə nitqi", Tələt Əyyubovun; avar şairi Rəsul Həmzətovun "Sən niyə dünyadan tez getdin, şair?!" Mustafa İskəndərzadənin; yenə onun "Səməd Vurğunun evinə gələrkən" Tofiq Bayramın; malkar Qaysın Quliyevin "Nə yaman tez köçdün, şair" (Vilayət Rüstəmzadənin), yenə də rus şairləri Boris Ozyornının "Səməd Vurğunun xatirəsinə" (Tofiq Mütəllibovun), Yuri Muxinin "Əbədi gənc" Tofiq Mütəllibovun; Vasil Yuximoviçin "Səməd Vurğunun heykəli" Əli Kərimin; özbək şairləri Qafur Qulamın "Qardaşım Səməd Vurğuna" Zeynal Xəlilin, Zülfiyyənin "Şairin evində. Görüş" Vilayət Rüstəmzadənin; yenə onun "Bir dənə papiros" Məmməd Aslanın, Şöhrətin "Səməd Vurğuna", Əhəd Muxtarın; gürcü Karlo Kaladzenin "Səməd" Abbas Abdullanın və onun "Həsrətli gözlərlə" Əflatun Saraclının; Aleksandre Kutalelinin "Səməd Vurğunun xatirəsinə" Abbas Abdullanın; türkmən İtalmaz Nuriyevin "Şəkidə Səməd Vurğun gecəsi" Fəxrəddin Əliyevin; rus şairi Abram Plavnikin "Səməd Vurğun haqqında sonetlər" Adil Babayevin; erməni Gevorq Ağacanyanın "Dağlar" Məmməd Arazın; Sokrat Xanyanın "Əbədi nəğmələr" Əli Vəkilın; moldav şairi Yemelyan Bukovun "Səməd" poemasından parçalar: "Nizami yubileyində", "Qızıl meydan", "Səməd təbəssümü" Cabir Novruzun; Andris Veyanın "Yox, şair ölməyir bizim dünyada" Əhməd Cəmilin, Arşavir Darbninın "Şair və çiçəklənmiş alma ağacı haqqında ballada" Əli Vəkilın və "Səməd Vurğunun heykəli önündə" Tələt Əyyubovun, yenə onun "Yenə də bahardır" Mustafa İskəndərzadənin; Hamo Sahiyanın "Mən onu görmüşdüm" Xəlil Rza Ulutürkün, Hripsime Poğosyanın "Gündəlik məsələ" Adil Babayevin; qırğız şairi Ramiz Rıskulovun "Səməd Vurğun" Xəlil Rza Ulutürkün, Mikaele Rəşidin "Səməd Vurğuna" Ağa Laçınlının; latış Liliana Daskalovanın "Şairin son gecəsi" kimi ithaflar Tələt Əyyubovun tərcüməsində oxuculara təqdim olunmuşdur (Vurğun qəlbimizdədir. Tərtib və müqəddimə Vilayət Rüstəmzadənindir. Bakı, Azərnəşr, 1976, 102 s.). Elə buradaca qeyd edək ki, "Vurğun qəlbimizdədir" Azərbaycan dilində 10 000 tirajla ("Vurqun v naşix serdüax". Sostavitelğ i avtor" predisloviə Vilaet Rustamzade. Baku, Azerneşr, 1976, 99 s. kitabı isə 5000 tirajla) vurğunsevərlərə təqdim olunmuşdur. Əslində bu kitabların həmin dövr oxucu auditoriyası tərəfindən mütaliəsi və Vurğun yaradıcılığına olan məhəbbətini əks etdirməklə həm Azərbaycandilli, həm də rusdilli oxucular üçün əvəzsiz hədiyyə olduğunu sübut etməkdədir. Vurğuna həsr olunmuş bu kitablarda yer almış klassiklərin fikirləri, şair və sənətkarların əsərləri onu göstərir ki, Səməd heç də yalnız Azərbaycanda, Cənubi Qafqazda, həm də eyni zamanda Orta Asiyada, Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Dağıstanda, Malkariyada, Tatarıstanda və digər çoxsaylı mədəniyyətlərdə və regionlarda da böyük sevgiyə layiq olmuş, qəbul edilmişdir.

***
Xüsusilə, vurğulamaq yerinə düşər ki, Səməd Vurğuna olan bu ümumbəşəri sevgini mahiyyətincə duyan böyük alim və tədqiqatçı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Vurğunşünas Həbib Bayram oğlu Babayev böyük şairimizə həsr olunmuş maraqlı fundamental layihə - "Səməd Vurğun dünya xalqlarının dillərində" adlı bir tədqiqat üzərində işləməyə başlamışdı ("Samed Vurqun na əzıkax narodov mira". Baku, 1984). 1980-ci illərin lap əvvəllərindən ədəbi əlaqələr, tərcümə problemləri və komparativistika sahəsində xeyli işlər görmüş Həbib Babayev belə son dərəcə məsuliyyətli və ağır zəhmət tələb edən problemə heç də birdən-birə müraciət etməmişdi. Onu da qeyd edək ki, onun bu mövzuya müraciəti hələ Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb, rus sovet poeziyasının tribunu Vladimir Vladimiroviç Mayakovskiylə bağlı tədqiqatlar aparmağa başladığı 1950-ci illərin əvvəllərindən, daha doğrusu, hələ Səməd Vurğunun sağlığı dövründən başlamışdı. Bundan sonra Səməd Vurğunla bağlı tədqiqatlar müəllifin "Şair və zaman" mövzulu doktorluq dissertasiyası və "Şair və zaman. Səməd Vurğun və onun sovet ədəbiyyatında yeri" mövzulu (Babaev Q. Pogt i vremə. Samed Vurqun i eqo mesto v sovetskoy literature. Baku: İzd-vo AN Azerb. SSR, 1966, 237 s.) monoqrafiyası ilə davam etdirilmiş, daha sonra onun "Azərbaycan ədəbiyyatının beynəlmiləl əlaqələri" (Babaev Q. Mejnaüionalğnıe svəzi azerbaydjanskoy literaturı. Biblioqrafiə (1920-1973). Baku, "Glm", 1978, 639 s.). (Babayev H. Azərbaycan ədəbiyyatının beynəlmiləl əlaqələri. Biblioqrafiya (1920-1973). Bakı, "Elm" nəşriyyatı, 1978, 639 s.), "Dostluq telləri" (Babaev Q. Uzı drujbı. Baku, "Əzıçı", 1981, 147 s.), "Səməd Vurğun. Yaradıcılıq oçerki" (Babaev Q. Samed Vurqun. Oçerk tvorçestva. Moskva, "Sovetskiy pisatelğ", 1981, 272 s.), çoxsaylı məqalə və materialları kimi analitik mündəricəli əsərlərində özünün yüksək fazasına çatmışdır.
Professor Həbib Babayev apardığı əsaslı araşdırmalar nəticəsində müəyyənləşdirmişdir ki, Səməd Vurğunun əsərlərinin Azərbaycandakı çoxsaylı nəşrləri ilə yanaşı, həm də rus, avar, altay, erməni, başqırd, belarus, buryat, gürcü, dargin, inquş, qazax, qaraqalpaq, qırğız, komi, qumuq, latış, ləzgi, litov, mari-el, moldav, osetin, tacik, tatar, tıva, türkmən, ukrayna, özbək, çeçen, çuvaş, eston, yakut-saxa və digər SSRİ xalqları dillərinə tərcümə olunmaqla, bundan başqa, alban, alman, bolqar, koreya, ingilis, ispan, ərəb, macar, monqol, çin, polyak, rumın, slovak, türk, fars, fransız, çex və s. əcnəbi dillərdə oxuculara çatdırılmışdır.
Həbib Babayevin "Səməd Vurğun dünya xalqlarının dillərində" adlı monoqrafik xarakterli əlyazması ilə daha yaxından tanış olarkən görürük ki, müəllif nəzərdə tutduğu bu fundamental tədqiqat işini istədiyi kimi hazırlayıb sona çatdıra bilməmişdir. Buna səbəb, bir tərəfdən, M.Qorbaçovun yenidənqurma (bu, əslində yenidənqırma, dağıtma siyasəti idi) mərhələsində Sovet Respublikaları arasında ictimai, siyasi, ideoloji, mədəni-kulturoloji əlaqələrin pozulub qırılması, digər tərəfdən, Həbib müəllimin qəfil dünyasını dəyişməsi ədəbiyyat və ədəbiyyat tarixçiliyimiz üçün böyük əhəmiyyət kəsb edə biləcəyi bir layihənin yarımçıq qalması ilə sonuclanmışdı. Buna baxmayaraq, əsər tamamlanmamış şəkildə belə, vurğunşünaslığın öyrənilməsində mühüm mənbə kimi xidmət edə bilmək iddiasındadır.
Professor Həbib Babayevin "Səməd Vurğun dünya xalqlarının dillərində" monoqrafiyasına nəzər saldıqda görürük ki, şairin yaradıcılığı doğrudan da, monumental olduğundan ona çoxlu sayda xalqların sənət adamları məqalə və materiallar həsr etmişlər. Onların arasında gürcü P.Ququşvili. "Şairlə görüşləri haqqında xatirələr" // Ədəbiyyat və incəsənət, 1975, 22 mart); A.Venslova. "Biz onu qəlbən sevirdik" [Litva yazıçılarının şair haqqında xatırələri] // Ədəbiyyat və incəsənət, 1977, 19 mart); V.Ananən. "Druzğə vstreçaötsə vnovğ" [o S.Vurqune] // Lit. Armeniə, 1976, № 5, s. 42-52); Bekraşvli İ. "Samed Vurqun v Adjarii" (1935) // Sov. Adjariə, 1976, 26 noəbrə); Mnaüakaən V. "Velikiy sın Azerbaydjana" [S.Vurqun]. // Kommunist (Erevan), 1976, 15 oktəbrə); Avakən S. "Slova qlubokoqo uvajeniə" [S.Vurqun].// Kommunist (Erevan), 1976, 15 oktəbrə); Antokolğskiy P. "İ ne konçitsə uje nikoqda..." [Vospominaniə o pogte]. // Literaturnıy Azerbaydjan); Qriqorən S. "A on prodoljaet şaqatğ" [Vospominaniə o pogte]. // Literaturnıy Azerbaydjan, 1976, № 5); Babiçeva K. "Udivitelğnoe svoystvo" [o S.Vurqune]. // Bakinskiy raboçiy, 1976, 18 ənvarə); Plavnik A. "Jivoy Samed" [Vospominanie o pogte]. // Literaturnıy Azerbaydjan, 1976, № 5); Osipov Q. "Eqo bessmertie" [Vospominanie o pogte]. // Literaturnıy Azerbaydjan, 1976, № 5); Simonov K. "Sila i nejnostğ" [Vospominanie o pogte]. // Literaturnıy Azerbaydjan, 1976, № 5); Tixonov N. "Qolosom silğnım i çistım, smelım i əsnım" // Literaturnaə qazeta, 1976, 17 noəbrə); Tixonov N. "Neskolğko dney v sentəbre" [Vospominanie o pogte] // Literaturnıy Azerbaydjan, 1976, № 5); Gradze L. "Pokorəöhaə stixiə eqo pogzii" (S.Vurqun) // Literaturnaə Qruziə, 1976, № 7); Qaquadze N. "Löbovğ k jizni" [k 60-letiö so dnə rojdeniə Sameda Vurquna]; Sabçota Adjara (Sovetskaə Adjariə, 1966, 23 marta); Mişinev A. "Narodnıy pogt Azerbaydjana" [k 60-letiö so dnə rojdeniə Sameda Vurquna]. // Axalqazrdi kommunistiçeskaə, 1966, 21 maə); Narimanidze S. "Duşa rosami polna" [k 70-letiö so dnə rojdeniə Sameda Vurquna] // Literaturi Sakartvelo (Literaturnaə Qruziə), 1976, 19 noəbrə); "Odopiseü drujbı i bratstva" [k 70-letiö so dnə rojdeniə Sameda Vurquna]. // Sakartvelos aqitatori (Aqitator Qruzii), 1976, № 5); "Peveü bratstva" [k 70-letiö so dnə rojdeniə Sameda Vurquna]. Axalqazrdi koministi, 1976, 13 noəbrə); Sadkoeva M. "Samed Vurqun" [k 60-letiö so dnə rojdeniə]. // Sabçota Oseti [Sovetskaə Osetiə], 1966, 20 marta); "Samed Vurqun" [Sbornik, posvəhennıy 70-letiö so dnə rojdeniə pogta]. Tbilisi, Merani, 1976, Tiraj, 2000) və başqalarının adlarını çəkə bilərik.
Qeyd etdiklərimizlə yanaşı, professor Həbib Babayevin arxivində yer almış materialları təhlil edərkən aydın görmək mümkündür ki, Səməd Vurğunun əsərləri ən çox qazax, özbək, türkmən, qaraqalpaq, gürcü, erməni, litva, latış və rus dillərinə daha ardıcıl tərcümə olunmuş, adları çəkilən xalqların ədəbiyyat nümayəndələri, ədəbiyyatşünas-tənqidçilər onun əsərlərinin müxtəlif tərəflərinə daha dərindən nəzər salmağa, onları araşdırmağa çalışmışlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
