İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib.
Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində reallaşan sərginin açılış mərasimində Mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMİM-nin direktoru Şirin Məlikova, millət vəkili Jalə Əliyeva, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin çıxış ediblər. Çıxışlarda Əli bəy Hüseynzadənin Azərbaycan milli-mədəni fikrinin formalaşmasında, türkçülük ideologiyasının inkişafında eləcədə təsviri sənətdə oynadığı müstəsna roldan bəhs olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamının dahi mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.





© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
