Dövlət xadimi, diplomat, şair-dramaturq, "Şöhrət" ordenli Hidayət Orucov iyunun 13-ü gecə saatlarında vəfat edib.
Hidayət Orucov 1944-cü il sentyabrın 5-i Qərbi Azərbaycanın Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) filologiya fakültəsində təhsil alıb.
Bir müddət kənd məktəbində müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyəndən sonra 1968-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin edilib. 1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatında əvvəlcə baş redaktorun müavini, iki ildən sonra baş redaktor vəzifələrində çalışıb. Müstəqillik əldə ediləndən sonra Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət Müşaviri, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Altmışdan çox poeziya, nəsr, publisistika və tərcümə kitablarının müəllifidir. Pyesləri ölkə və dünya teatrlarında dəfələrlə səhnələşdirilib.
Allah rəhmət etsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
