Nigar Rəfibəylinin "Mətbəx şeirləri"nin ərəb dilində tərcüməsi dərc edilib

 

Əlcəzairdə "Əl-Fənək Əl-arabi" jurnalının may nömrəsində Nigar Rəfibəylinin "Mətbəx şeirləri"nin ərəb dilində tərcüməsi dərc edilmişdir (tərcümə Fidan Rzayevaya aiddir).

Jurnalda N.Rəfibəylinin həyatı və yaradıcılığı haqqında məqalə yer almışdır. Məqalədə N.Rəfibəylinin çox incə lirik şair olması, yazdığı şeirlərdə məhəbbət, təbiət, vətən və sairə mövzulara toxunması qeyd olunmuşdur.

Poeziya sahəsində fəaliyyəti ilə yanaşı, onun tərcüməçiliklə də məşğul olması haqqında məlumat verilir.

N.Rəfibəyli 1913-cü ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1928-ci ildə "Dan ulduzu" jurnalında nəşr etdiyi şeirlə ilk dəfə ədəbiyyat aləminə daxil olmuşdur.

Nigar Rəfibəylinin həyat yoldaşı, Azərbaycanın Xalq şairi Rəsul Rzaya həsr etdiyi "Ala gözlüm" şeirinə bəstələnmiş mahnı insanların sevgi və qüssə ilə dinlədiyi ən gözəl əsərlərdəndir.

N.Rəfibəylinin tərcümə sahəsində işləri də xüsusi əhəmiyyət kəsb etmişdir.

Fransız imperializminin cinayətləri Cəmilə Buhiredə nəşr etdiyi şeirdə əks olunmuşdur. Şeirdə Əlcəzair xalqının milli qurtuluş hərəkatı, onun arzuları, azadlığa və müstəqilliyə can atması böyük məhəbbətlə tərənnüm edilmişdir. Bu əsər 1957-ci ildə işıq üzü görmüşdür.

N.Rəfibəyli 1981-ci ildə Bakıda vəfat etmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!