Mingəçevir Dövlət Universitetində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil, tədqiqat və dayanıqlılıq sahəsində müasir problemlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans keçirilib.
Konfrans dilçilik, təhsil siyasəti, elmi tədqiqat metodologiyaları, rəqəmsallaşma və multikultural mühitdə kommunikasiya kimi aktual istiqamətləri əhatə edib.
Konfransın açılışında Mingəçevir Dövlət Universitenin rektoru Anar Eminov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Türkiyə Cümhuriyyətinin Baş konsulu Recep Öztop, Prezident Kitabxanasının direktoru prof. Afət Abbasova, Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Dokuz Eylül Universitetinin nümayəndəsi Dr. Murat Ata çıxış edib.
Açılış tədbirindən sonra konfransın ilk panel iclası professor Mahirə Hüseynovanın 65 illik yubileyinə ithaf edilib.
Konfrans çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında tələbələr tərəfindən “Səhnələşən klassika” adlı tamaşa nümayiş etdirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpeg)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
