"...Ermənistan yeganə və təcrid olunmuş vassaldır. Onu yoxsulluq, dağılmış ordu və kütləvi miqrasiyanın növbəti mərhələsi və suverenliyin bütünlüklə itirilməsi perspektivi gözləyir. Bu, erməniləri bütünlüklə təmin edir, çünki ermənilər suverenlik üçün bir zərurət hiss etmirlər".
Bu cümlələr erməni millətçi-təcavüzkar təbliğatçılığının "mogikanları"ndan biri, erməni təfəkkürünü və beynəlxalq ictimai rəyi saxta türk düşmənçiliyi zəhəri ilə korşaldan, Azərbaycana və Türkçülüyə irsi-genetik barışmazlığını heç zaman gizlətməyən İqor Muradyana məxsusdur. Özü də o bu etirafını 44 günlük Vətən müharibəsindən sonra deyil, məhz 2017-ci il may ayının ilk günlərində etməli olmuş və bununla, əslində, Ermənistanın hara gəlib çıxdığını düzgün və obyektiv şəkildə qiymətləndirmişdir.
Düşünmək olardı ki, İqor Muradyan kimi bir siyasət bilicisi bu etirafından sonra onun özünün də millətçiliyi ilə Ermənistanın bu bədbəxt günə düşməsinin obyektiv səbəblərini də açıb göstərmək cəsarətini özündə tapacaqdı. Amma yox. İ.Muradyan Ermənistanın bu çarəsiz duruma düşməsinin əsas səbəbini onun da ömrü boyu alovlandırdığı millətçilikdə, Azərbaycana qarşı işğalçılıqda, qonşulara qarşı təcavüzkarlıqda yox, dünyanın ermənilərə qarşı "qeyri-səxavətliliyində" axtarmaqdadır.
Daha sonra üstünə qayıdacağım bu mövzu sadəcə olaraq siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının 2015-ci ildə İstanbulda beş dildə çapdan çıxmış "Saxta böyük Ermənistan" xülyası: faktlar və sübutlar" sənədli-tarixi əsəri barədə məqaləyə giriş xarakteri daşıyır. Kitabda "Saxta böyük Ermənistan" xülyasının bütün istiqamətləri əsaslı təhlil olunur və faktlar əsasında oxucuya təqdim olunur. Erməni toplumunu kütləvi şəkildə bəşəri cinayətlərə həvəsləndirən mühüm səbəblər haqqında danışdığımız əsərdə təfsilatlar təhlil olunub. Müəllif əsaslandırır ki, millətlərin, xalqların və toplumların formalaşmasında ideologiyalar mühüm gücə malikdır ki, burada saxta "böyük Ermənistan" xülyasının erməni toplumuna təsir imkanları danılmazdır. Artıq əsrləri əhatə edən bu xülya erməni toplumunun genetikasındakı cinayətə meyilli cəhətləri daim artırır, inkişaf etdirir.
Bəli, girişdə fəaliyyətindən bəhs etdiyimiz adı slavyanlardan, soyadı isə türklərdən götürülən İqor Muradyan adlı şəxs utanmazcasına iddia edir ki, ermənilər dünyanın bütün hər yerində istədiyi ərköyünlüyü edə bilər və bunun qarşısında onlara kimsə "gözün üstə qaşın var", - deməməlidir. Çox təəssüf ki, dini təəssübkeşliyi, korporativ maraqları bəşəri dəyərlərə qurban verən bir çox dövlətlər və qüvvələr də dünya erməniliyinin istənilən "ərköyünlüyü"nə göz yumurlar və bununla bu "ərköyünlər"i növbəti qanunsuzluqlara daha da həvəsləndirirlər. Hazırda (2026) erməni toplumunu dünya birliyinin gözündə ifşa edib rəzil günə düşməsində də məhz qeyd etdiyimiz bu "ərköyünlüy"ə loyal yanaşma, bəzi hallarda onu ifrat müdafiəetmə amili dayanır.
Məhz bütün bu amilləri tədqiqata cəlb edən S.Şahtaxtının haqqında bəhs etdiyimiz kitabında ermənilərin dünya miqyasında törətdikləri çoxsaylı cinayətlərin xronologiya və şərhi verilmişdir. Bu məsələyə həsr olunmuş fəsildə müəllif dünyanın ayrı-ayrı ölkələrində törədilən otuzdan çox erməni cinayəti haqqında məlumatı ümumiləşdirilib. Məlumdur ki, erməni cinayətləri yalnız bunlardan ibarət deyil və bunların yalnız xronologiyasının tutulması üçün cild-cild kitablar yazılmalıdır. Əsərin əsas üstünlüyü bu cinayətlərin hər birinin saxta "böyük Ermənistan" xülyasına bağlılığı ilə əsaslandırmasıdır. O cümlədən, erməni kilsəsi və diasporunun erməni toplumunu əsarətdə saxlamasına dair faktoloji mühakimələr tədqiqatda mühüm istiqamətdir. Fakt, mühakimə və sübut əsasında erməni toplumunun bəşəri cinayətləri dünya birliyinə əsasən ingilis, rus, ərəb, fars və erməni mənbələrindən götürülən məlumatlar əsasında çatdırılır.
Müəllif Xocalıda, Sumqayıtda törədilən erməni cinayətləri ilə bərabər, daha çox son zamanlarda, XXI əsrin əvvəllərindən başlayaraq Türkiyə, İran, Polşa, ABŞ, Küveyt və dünyanın digər müxtəlif ölkələrində erməni terrorçuları, millətçiləri tərəfindən törədilən cinayətlər və özbaşınalıqlar haqqında əsaslı məlumat vermişdir. Bu cinayətlərin istiqamətlərini kütləvi dələduzluq, saxtakarlıq, qətl, qarət və sair təşkil edir. Kitaba elə faktlar seçilib salınmışdır ki, onlar erməni millətçilərinin bəşəriyyət üçün törətdiyi təhlükə haqqında oxucuda aydın təsəvvür yaratmağa imkan verir. Kitab müəllifi haqlı olaraq qeyd edir ki, terrorçuluq və cinayətkarlıq artıq erməni siyasətinin də bazisinə çevrilmişdir, Ermənistan daxilində ciddi siyasi hadisələrin həllində terrora və cinayətkarlığa əl atılması adi hala çevrilmişdir. Bu mənada, kitabda 1999-cu ilin oktyabrında Ermənistan parlamentinin gülləbaran edilməsi haqqında geniş məlumat verilmişdir. Ermənistanın keçmiş prezidenti L.Ter-Petrosyanın zor tətbiq edilməsi ilə hakimiyyətdən uzaqlaşdırılması, prezident seçkilərinə etiraz edən dinc əhalinin gülləbaran edilməsi və s. hadisələr də terror və zorakılığın erməni siyasətində əsaslı yer tutmasından xəbər verir. Müəllif əsaslandırır ki, erməni diasporu bir tərəfdən, sıravi ermənilərin, gənclərin beynini saxta tarixlə zəhərləyərək onları cinayətə sövq edir, digər tərəfdən isə, saxta "böyük Ermənistan" xülyasına aid proseslərdən kənarda qalan, həmçinin bu məqsədlər üçün yaradılmış fondlara aylıq pul ödəməkdən imtina edən erməniləri ağır üsullarla cəzalandırır. Bütün bu məqamlar konkret hadisələrlə oxucuya çatdırılır. Ayrı-ayrı ölkələrdə cinayət başında yaxalanan ermənilər ilkin istintaq ifadələrində bildirirlər ki, bu yolla ələ keçirdikləri qənimətin bir qismini erməni diasporuna verirlər. Bu səbəbdən də erməni diasporu onları müdafiə etməyə borcludur.
Kitabda cinayətkarlığa meylin olması erməni xisləti ilə əlaqələndirilir. Bu məsələ müəllif tərəfindən əsaslandırılmışdır. Doğrudur, müəllif kitabda yalnız erməni etnosuna mənsub olan bir erməni xəstəliyinin olmasından da danışır. Amma ermənilərdə cinayətkarlığa daxili bir meylin olmasının obyektiv əsasları da müəllif tərəfindən təhlil olunmuşdur. Ortaya çıxan qənaətə görə, bu meylin erməni etnosunda formalaşdırılmasının başlıca günahkarı erməni kilsəsidir. Bir tərəfdən, erməni kilsəsi türkçülüyə qənim kəsilib və türk torpaqlarının ələ keçirilməsi üçün bütün ermənilərin hələ uşaq yaşlarında anti-türk ruhunda tərbiyələnməsinə rəhbərlik edir. Erməni kilsəsi tərəfindən aşılanan millətçilik isə məntiqi olaraq cinayətkarlığa yol açır. Digər tərəfdən isə, erməni kilsəsi qərar tutduğu bölgəni özünün vətəni saymaqla bu iddiasının həyata keçməsi üçün müxtəlif cinayətlərə əl atması haqqında çoxlu sayda faktlar mövcuddur.
Saxta "böyük Ermənistan" iddialarının əsassızlığının ifşası məsələsinə də kitabda xeyli yer ayrılmışdır. Bu məsələdə də müəllif kifayət qədər konkretdir və böyük uzunçuluğa yer vermədən, tutarlı şəkildə məsələnin mahiyyəti haqqında ciddi mülahizələr ortaya qoymuşdur. Müəllif bu məsələnin açılmasında da daha çox erməni və xarici müəlliflərə istinad etmişdir ki, bu da söylənilən fikirlərin inandırıcılığını və mötəbərliyini artırmaqdadır. Məsələn, "böyük Ermənistan" iddiasının əsassız olmasından danışarkən, müəllif erməni müəllifi Riçard Hovanisyanın Los-Ancelesdə çap olunmuş kitabında Fransa siyasətçilərindən gətirdiyi sitata istinad edir. Fransa siyasətçiləri hələ vaxtilə bəyan edirdilər ki, ermənilər iddiasında olduqları ərazilərin heç birində əksəriyyət təşkil etmirlər. Bu isə Ermənistan dövləti yaradılmasını çətinləşdirir.
Saxta "böyük Ermənistan" iddialarının əsassızlığını və bu ideyaların Ermənistanın qonşuları üçün hansı təhlükəni yaratmasını təhlil edərkən, müəllif Rusiya, Gürcüstan və Avropa ölkələrinin əsərlərinə və araşdırmalarına da istinad etmişdir. Kitabdan əldə edilən qənaət belədir ki, saxta "böyük Ermənistan" iddiası tarixi baxımdan həqiqətə uyğun olmadığı kimi, mahiyyət baxımından da təcavüzkar bir milli ideyadır. Çünki bu ideyanın mahiyyətindən milli istisnalıq, qonşu xalqlara qarşı təcavüzkarlıq, qonşu xalqların haqlarının ayaq altına alınması, etnik separatizm, etnik təmizləmə kimi qeyri-qanuni, anti-bəşəri və zorakı halları özündə ehtiva edir. Hazırda elektron mediada tirajlanan saxta "böyük Ermənistan" xəritəsinə əsasən demək olar ki, bu iddianın həyata keçirilməsi üçün erməni millətçiləri Türkiyəyə, Azərbaycana, Gürcüstana, İrana, İraqa və hətta Suriyaya qarşı ərazi iddialarındadırlar.
Həmin cinayətlərin mahiyyətinin, xarakterinin, genealogiyasının öyrənilməsi və dəyərləndirilməsi ilə bağlı. Məlumdur ki, erməni millətçi təbliğatının və cinayətlərinin ifşa edilməsi sahəsində son illərdə Azərbaycanda çox dəyərli işlər görülmüş və görülməkdədir. Bu işlər müxtəlif istiqamətlərdə və formalarda aparılmaqla erməni təbliğatının ifşasında böyük əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, indi erməni millətçiliyinin iç üzü daha geniş şəkildə açılmaqdadır. Tədqiqatçı, yazıçı-publisist Sabir Şahtaxtının haqqında bəhs etdiyimiz kitabı da bu istiqamətdə işıq üzü görmüş maraqlı işlərdən biri sayıla bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
