Yazıçı, jurnalist Günel Natiqin "Söz naxışı" kitabı işıq üzü görüb.
“Söz naxışı” kitabı sözlərin, deyimlərin və simvolların yaddaş qatlarına yönəlmiş esseistik bir araşdırmadır. Müəllif bu kitabda gündəlik dildə adiləşmiş ifadələrin, canlılar və əşyalar üzərindən formalaşan simvolların mifoloji, folklor və mədəni köklərini izləyir. Arıdan kəpənəyə, qarışqadan ata qədər uzanan bu simvolik xətt sözün təkcə ifadə vasitəsi deyil, həm də kollektiv yaddaş daşıyıcısı olduğunu göstərir.
Kitabda elmi məlumatlar sərt akademik çərçivədə deyil, müşahidə, düşüncə və assosiasiyalarla zəngin esse dili vasitəsilə təqdim olunur. Müxtəlif mədəniyyətlərdə eyni simvolun fərqli mənalar qazanması, sözün zamanla necə dəyişməsi və bu dəyişimin insan təfəkkürünə təsiri oxucuya ardıcıl və axıcı şəkildə çatdırılır.
“Söz naxışı” sözün mənşəyinə, simvolun yoluna və insan düşüncəsinin dərin qatlarına maraq göstərən oxucular, habelə tələbələr üçün nəzərdə tutulub.
Kitab Azərbaycan Radiosunun 100 illiyinə həsr olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
