Martın 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB-nin birinci katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, "Şöhrət" və "Şərəf" ordenli Çingiz Abdullayevin rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş "Riyakarın iflası" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə yazıçılar, ədəbiyyatşünaslar, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan Çingiz Abdullayev nəşr olunan kitabın ideya-məzmun xüsusiyyətləri, əsərin yaranma tarixi və oxucu auditoriyası haqqında fikirlərini bölüşüb. Müəllif bildirib ki, əsərdə insan xarakterinin mürəkkəb psixoloji tərəfləri, riyakarlıq və mənəvi seçim kimi mövzular bədii süjet xətti vasitəsilə təqdim olunur.
Çıxış edənlər yazıçının zəngin yaradıcılığından, onun əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq geniş oxucu auditoriyası qazanmasından söz açıblar. Bildirilib ki, "Riyakarın iflası" əsərinin Azərbaycan dilində nəşri müəllifin yaradıcılığının yerli oxuculara daha yaxın şəkildə təqdim olunmasına xidmət edir.
Tədbirdə kitabın tərcüməsi və nəşri ilə bağlı fikirlər səsləndirilib, əsərin müasir oxucu üçün aktuallığı qeyd olunub.
Təqdimatın sonunda müəllif oxucularla görüşərək kitablarını imzalayıb, iştirakçıların suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.
.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
